Arif Əsgərovun baldızı oğlunun işi yenidən MƏHKƏMƏDƏ
Nəqliyyat Nazirliyinin Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilməsindən sonra işsiz qalan nəqliyyat nazirinin müavini Arif Əsgərovun baldızı oğlu Rahib Hüseynovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.
Bakı Apellyasiya Məhkəməsində hakim Rəşad Abdullayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları və apellyasiya şikayətinin dəlilləri araşdırılıb.
Məhkəmə baxışı martın 15-ə təyin edilib.
İttihama görə, Rahib Hüseynov ümumilikdə 4 milyon 300 min manat dələduzluqda ittiham edilir. O, zərərçəkənləri "Azərbaycan Dəmir Yolları" QSC-yə yataq dəstləri gətirmək adı ilə aldadıb. Zərərçəkənlərdən biri olan Qoşqar Zeynalov Tovuz rayon İcra Hakimiyyətinin sabiq başçısı Tofiq Zeynalovun oğludur.
Qeyd edək ki, R.Hüseynov ləğv edilmiş Nəqliyyat Nazirliyində nazir müavini vəzifəsində çalışmış, "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sabiq sədri Arif Əsgərovun baldızı oğludur.
Arif Əsgərovun oğlu Elnar Əsgərov bu iş üzrə əsas şahiddir və o da birinci instansiya məhkəməsində ifadə verib.
Hətta bəzi zərərçəkmişlər və təqsirləndirilən Rahib Hüseynov da Elnarı ittiham edirlər. Çünki alınan pullar Elnar Əsgərova çatıb. Rahib Hüseynov isə E.Əsgərovun işlərini gördüyünü deyir.
O, Cinayət Məcəlləsinin 178.3.2 -ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunur.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən 9 il müddətinə azadlıqdan məhrum edilib.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır