Söyün Sadıqov erməni sahibkara görə həbs edilib – Təfərrüat
Azərbaycanlı biznesmen Söyün Sadıqovun Rostovda saxlanılması ilə bağlı bəzi məqamlar ortaya çıxıb.
Axar.az xəbər verir ki, Sadıqov “Nebuq” şirkətinin rəhbəri Madiros Oskanov adlı erməni əsilli sahibkarın külli miqdarda pulunu mənimsəməkdə ittiham olunur.
Sadıqov özünü Oskanova “İnterles-L” şirkətinin əməkdaşı kimi təqdim edib. Azərbaycanlı biznesmen “Nebuq” şirkətinə aid torpaq və pulun qanunsuz olduğunu bildirib. Bu problemin həlli və cinayət təqibindən qaçmaq üçün Sadıqov biznesmendən 100 milyon rubl və 1 hektar ərazi istəyib.
Hüquq-mühafizə orqanı əməkdaşlarına müraciət edən Oskanov bundan sonra Sadıqovla yerli suşi-barların birində görüşüb. Görüş zamanı Sadıqov erməni biznesmendən 5 milyon rubl alan zaman polis tərəfindən saxlanılıb.
Qeyd edək ki, dünən Rusiya mətbuatı Sadıqovun fırıldaqçılıqda ittiham olunması haqqında məlumat yaymışdı. Günahı sübuta yetiriləcəyi təqdirdə Sadıqovun 10 il azadlıqdan məhrum ediləcəyi bildirilmişdi.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır