“Dərman mafiya”sının işi” məhkəməyə göndərildi
Yaxın günlərdə Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Gömrük Komitəsi vəzifəli şəxslərinin də içində olduğu şəbəkə üzvlərinin məhkəmə prosesi başlanacaq. Artıq iş üzrə prosesə hakim Əfqan Hacıyevin sədrlik edəcəyi də bilinir. Bu cür işlər əsasən Əfqan Hacıyev həvalə olunduğundan, başqa bir hakimin təyin olunacağına ehtimal verilmir.
Məhkəmə prosesində ölkəyə qanunsuz dərman vasitələri daşıyan şəbəkənin çoxillik fəaliyyətilə bağlı ciddi faktların ortaya çıxacağı gözlənilir. Xatırladaq ki, ötən ilin aprel-may aylarında ölkədə dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olanlara qarşı həyata keçirilən əməliyyatlar çərçivəsində ifşa edilən şəbəkə ifşa olunub, cinayət işi başlanıb. İçərisində Dövlət Gömrük Komitəsinin (DGK) vəzifəli şəxsləri də olmaqla, bir qrup gömrükçü məsuliyyətə cəlb olunub. Bu işləbağlı DGK sədrinin müvafiq əmrinə əsasən, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi, general Sadiq Abduyev və Tibbi Xidmət İdarəsinin rəisi, general Fikrət Qədiməliyev, həmçinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 1-ci yük şöbəsinin rəisi Araz Məmmədov işdən çıxarılıb. Fikrət Qədiməliyevə qarşı Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 (dərman vasitələrinin qanunsuz dövriyyəsi), 206.3.2, 206.3.3 (qaçaqmalçılıq) və 314.2 (səhlənkarlıq) maddələri ilə ittiham da elan edilib. Onunla yanaşı, gömrük orqanlarında vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə qaçaqmalçılıq və külli miqdarda dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə bağlı cinayət əməllərinə görə əvvəlcə Fərman Həmzə oğlu Məmmədli, Vasif Teymur oğlu Xıdırov, Cəmil Səlim oğlu Mehdiyev, Ateş Adem oğlu Atanur, Anar Kamran oğlu Məmmədov, həmçinin Əlamət Nazim oğlu Quliyevə müvafiq olaraq Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 (dərman vasitələrinin qanunsuz dövriyyəsi), 206.3.2, 206.3.3 (qaçaqmalçılıq) və 314.2 (səhlənkarlıq) maddələri ilə ittiham elan olunub.
“Yeni Müsavat”

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır