“Rəsulzadənin barelyefini Novxanı bələdiyyəsi çıxarıb”
“Məhəmməd Əmin Rəsulzadənin Novxanıdakı evindən çıxarılmış barelyef əslində kənar şəxslər tərəfindən oğurlanmayıb”.
Bu barədə Modern.az-a Abşeron rayonu Polis İdarəsindən məlumat verilib. Bildirilib ki, həmin lövhə əslində Novxanı bələdiyyəsi tərəfindən çıxarılıb:
“Bizdə olan məlumata görə, bələdiyyə barelyefin yerini dəyişmək məqsədilə onu çıxarıb. Oğurluq faktı ilə bağlı heç bir şikayət, məlumat idarəmizə daxil olmayıb”.
Modern.az-ın əməkdaşı mövzu ilə əlaqədar Novxanı bələdiyyəsinin rəhbərliyilə danışmaq istəsə də, buna nail ola bilməyib. Məsələni diqqətdə saxlayacağıq.
Novxanı sakinləri isə barelyefin oğurlandığını bildirirlər. Onlar deyirlər ki, polis məsələni qəsdən bələdiyyənin üstünə atır ki, olay səs-küysüz ötüşsün...
Qeyd edək ki, yanvarın 15-nə keçən gecə Məhəmməd Əmin Rəsulzadənin Novxanıda yerləşən, hazırda uşaq bağçası olaraq fəaliyyət göstərən evinin önündə yerləşən anım lövhəsi oğurlanıb. Səhər açılanda kənd sakinləri üzərində Rəsulzadənin şəkli olan mis lövhənin – barelyefin yerində olmadığını görüblər.
Bundan əvvəl, Novxanı kəndinin keçmiş icra nümayəndəsi oğurluq faktını təsdiqləmişdi. 


Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır