Emin Şəkinskinin keçmiş qaynının məhkəməsi başladı
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dövlət sərhədini qanunsuz keçmə, sənədləri saxtalaşdırmaqda və oğurluqda təqsirləndirilən Yusub Fərid Rəhim oğlunun məhkəməsi başlayıb.
Hakim Cavid Hüseynovun icraatında olan prosesdə hazırlıq iclası keçirilib.
İclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məlum olub ki, 1978-ci ildə Bakıda anadan olan F. Yusub fərdi əməklə məşğul olur. O, bir müddət Rusiyada yaşayıb və orada saxlanılaraq Azərbaycana ekstradisiya olunub. Ona ekstradisiya zamanı ölkəyə qayıdış vəsiqəsi verilib və hazırda şəxsiyyət vəsiqəsi almaq üçün "Asan Xidmət"ə müraciət etdiyini bildirib.
F. Yusub ölkəyə gətirildikdən sonra barəsində həbs qətimkan tədbiri seçilib, müddət başa çatdıqda isə məhkəmə prokurorluğun müddətin uzadılması ilə bağlı təqdimatını təmin etməyib. F. Yusub barəsində heç bir qətimkan tədbiri seçilməyib və o, azadlıqda qalıb.
Bugünkü məhkəmə iclasında dövlət ittihamçısı vəsatət verərək F. Yusubun məhkəmə zalında həbs olunmasını istəyib. Məhkəmə vəsatəti təmin etməyib, F. Yusub barəsində başqa yerə getməmək qərarı verilib.
Proses yanvarın 11-də davam etdiriləcək.
Təqsirləndirilən F. Yusub Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin rəisi, general-mayor Emin Şəkinskinin keçmiş qaynıdır.
Bundan öncə bu işlə bağlı bir neçə şəxs ittiham olunaraq onlara hökm oxunub.
E. Şəkinskinin keçmiş həyat yoldaşı Gülnarə Şəkinskaya onun evindən 60 min manat pul oğurlamaqda ittiham olunaraq axtarışa verilib.
G.Şəkinskaya, eləcə də onun övladları - Həmidə, Məryəm, Nadiya və Cəvahir Şəkinskayalar dövlət sərhədini qanunsuz keçiblər.
Onlara bu işdə kömək edən - Pənah Dadaşov, Namiq Camalov, Raqub İsbəndiyarov, Zeynəb Cəfərova, Şəfiqə Bağırova, Saçlı Həsənova, Pərvin Dadaşov, Rəvanə Dadaşova, Tahir Hüseynov, Günel Hüseynova, Adəm İsgəndərov və Ənnab İsgəndərovun məhkəməsi yekunlaşıb.
Bakı Ağır Cinayət Məhkəməsinin hökmü ilə N.Camalov 8 il müddətinə azadlıqdan məhrum edilib. Digər şəxslərdən Pənah Dadaşov və Raqub İsbəndiyarova 3 il, qalanlarına isə şərti cəza verilib.
Həmin zaman cinayət işində adları hallanan G.Şəkinskaya, onun qardaşı F.Yusub və Azərbaycan Miqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev barəsində axtarış elan olunub.
F. Yusubun cinayət işində zərərçəkmiş kimi general Şəkinski tanınıb.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır