Kənan M.M Mübarizi təhqir edən azərbaycanlı qıza səsləndi: “Murdar ayaqlarınla…” - VİDEO
Xəbər verdiyimiz kimi, bu günlərdə sosial şəbəkələrdə Nərmin Şahmarzadə adlı azərbaycanlı bir psixoloq Mübariz İbrahimov haqqında təhqiramiz fikirlər səsləndirib
Türkiyənin “Savaşçı” serialında rol alan azərbaycanlı aktyor Kənan Mahmudov Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovla bağlı səsləndirilən qalmaqallı fikirlərə sərt reaksiya bildirib. O, serialın aktyorlarının “Mübariz Türk Dünyasının Qəhrəmanıdır” şüarını səsləndirdiyi videonu paylaşaraq Milli Qəhrəman haqqında mənfi rəy bildirən Nərmin Şahmarzadəni nankor adlandırıb:
“Mübarizi tanımayanın qanında, soyunda, sülaləsində problem var. Bunu o qıza və ona dəstək olan ermənipərəstlərə göstərin. Bir mikrob Nur dunyasına ləkə sala bilməz”.
Aktyor hesab edir ki, N.Şahmarzadə Mübarizin məzarı önündə dik çöküb üzr istəməlidir:
“Get, diz çök Mübarizin məzari önündə və üzr istə! O zaman bu millət səni əfv edər. Nankor qız, ya da getmə ora, o nur məkanı murdar ayaqlarınla murdarlama”.
Xatırladaq ki, aktyor adıçəkilən türk serialının əvvəlki bölümlərində ssenaristlərdən Xocalıda baş verən soyqırım və Mübarizlə bağlı səhnələrin daxil edilməsini rica etmişdi:
“Ssenaristlərimizdən çox rica etdim ki, Xocalıda baş verən soyqırımı daxil edək, sağ olsunlar mənə “ok” dedilər. Mübarizin adı ümumiyyətlə, yox idi. O, mənim vicdanımın səsi oldu, qəhrəmanımızın adını çəkilişdə səsləndirdim. Türk dilində oynamağımın səbəbi dərdimizi türkdilli qardaşlara çatdırmaq idi... Bu, mənim azərbaycanlı sənətçi olaraq borcum idi... Mən aid olduğum yerdə deyiləm, mən layiq olduğum yerdəyəm. Mən tarix yazmadım, tarix mənə sahib çıxdı”.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır