Bəs maliyyə nazirliyini kim yoxlayacaq? - NARAZILIQ VAR
"Mən bir fəhlə babayam. Yetim adamam. Heç bir savadım yoxdur. Amma suallarım var", Bu sözləri yazan və özünü "sıravı Azərbaycan vətəndaşı" kimi təqdim edən oxucumuz bildirir ki, bu gün Azərbaycanın maliyyə nazirliyinin fəaliyyətinin heç bir dövlət qurumu tərəfindən təftiş olunmaması olduqca ciddi böhrandan xəbər verir.
Oxucumuz yazır: "Hər gün xəbərlər oxuyuruq ki, maliyyə nazirliyi hansısa dövlət qurumunu yoxlayır. Tamam. Yaxşı hadisədir. Qəbulediləndir. Amma anlaşılmayan bir məsələ var. Bəs maliyyə nazirliyini kim yoxlayacaq? Və yaxu da yoxlayır... Bu vaxta qədər heç bir rəsmi dövlət qurumunun Samir Şərifovla bağlı araşdırmasına rast gəlməmişəm. Hətta Milli Məclis belə büdcə müzakirələri vaxtı və həmçinin, digər müddətlərdə Samir Şərifovun hansısa formada yoxlanılmasından danışmır və yaxud da danışa bilmir".
Oxucumuz bildirir ki, Samir Şərifov bu gün dövlətin bir çpx qurumlarında rəsmən "kabus" obrazında qəbul olunur. Oxucumuz yazır: "Samir Şərifov bu gün icra başçıları ilə əlbir olaraq büdcəni talayır. İcra başçısını işdən çıxarırlar, amma Şərifovun ruhuna belə toxunulmur. Bu isə haqlı olaraq mənfi qənaət formalaşdırır. Samir Şərifov cəzalandırılmayınca, onun fəaliyyətinə layiqli qiymət verilməyincə, görülən tədbirlər yetərli olmayacaq".
Oxucumuz sonda onu da əlavə edir ki, bu gün maliyyə nazirliyinin əməkdaşlarını "kabus" kimi qəbul edən büdcə təşkilatları rəhbərlərini dindirsələr, hər şey ortaya çıxar: "Yəni əlavə sübut axtarmağa ehtiyac yoxdur..."
Dia.Az

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır