Səfirlər tacirə çevriliblər - "XİN-də böyük qüsurlar var"
"Xarici İşlər Nazirliyində Elmar Məmmədyarovun fikrini ana dilində izah edə bilməməsindən də böyük qüsurlar var. Səfirlər tacirə çevriliblər, ölkəsinin maraqlarından çox şəxsi ciblərini düşünürlər, çalışdıqları ölkədə biznes qururlar".
Bunu Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Abel Məhərrəmovun İspaniyada səfir olan oğlu Anar Məhərrəmovun şərab biznesi ilə məşğul olması faktına münasibət bildirərkən deyib. E.Şahinoğlu qeyd edib ki, Anar Məhərrəmov belə bacarıqlıdırsa, diplomat statusu olmadan şərab biznesi ilə məşğul olsun: "Bəlkə atasının biabırçılığından sonra onun haqqında da tədbir görərlər".
Politoloq vurğulayıb ki, səfirlərin bizneslə məşğul olması artıq adi hal alıb: "Belçika səfirliyimizdə yüksək rütbəli diplomatımızı tanıyırdım, XİN-dəki atasına güvənərək Brüsseldə restoran açmışdı. Və ya Azərbaycanın Ukraynadakı səfirliyində indiki və keçmiş səfirlər arasındakı qalmaqalın da predmeti biznesdir, səfir xələfinin restoranını əlindən almaq istəyir. Bu cür iş prinsipi olan səfirliklərimiz və səfirlərimizləmi xarici ölkələrdə milli və təhlükəsizlik maraqlarımızı qoruyacağıq, Ermənistanın işğalçı mahiyyətini anlatmağa çalışacağıq? Axı onlar da bir qisim səfirliyimizin və səfirimizin nə işlə məşğul olduğunu bilir. Çalışdığı ölkədə biznes quran səfir həmin ölkənin kəşfiyyatına da çalışa bilər. Çünki, həmin ölkənin kəşfiyyat xidiməti pulgir səfirləri güdür və onları şantaj etmək üçün əllərində kifayət qədər faktı var".
Missiya.Az

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır