“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”ndə pul qalmaqalı böyüyür :sədr müavini zərərsizləşdirildi
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də daxili yoxlama başlayıb. Bu barədə Anaxəbər.infoya məlumatlı mənbə bildirib.
AXDG-nin sədri Rauf Vəliyevin tapşırığı ilə başladılan yoxlamanın səbəbi idarədəki yeyinti şübhəsidir. Yoxlama başlayandan dərhal sonra əsas şübhəlilər – təchizat departamentinin rəisi Elman Qasımov və onun müavini Vüqar Allahverdiyev işdən uzaqlaşdırılıb.
Bu iki vəzifəli şəxsdən sonra diqqət onların kimin tapşırığı ilə qanunsuz işlərlə məşğul olduğunu üzə çıxartmağa yönəlib. Burda da əsas şübhəli müəyyənləşib. Bu, AXDG sədrinin təzhizat, nəqliyyat və sosial məsələlər üzrə müavini Cəbrayıl Mahmudludur. Daxili yoxlama onun vəsait yeyintisindəki rolunu aşkara çıxartmalıdır. Bu barədə xəbərlər mətbuata sızdıqdan sonra işdən çıxarılan departament rəisi və müavininə başqa işlə təmin ediləcəkləri barədə vəd verilib.
Cəbrayıl Mahmudlunun isə səlahiyyətləri əlindən alınıb və digər müavinə – Cəlal Fərəcliyə verilib.Cəbrayıl Mahmudlu 2015- ci ilin noyabrından “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini vəzifəsini tutur. Bundan əvvəl o SOCAR-ın Kompleks Qazma İşləri Trestində müdir müavini vəzifəsində çalışıb. Onun bu strukturda da korrupsiya əməlləri üzə çıxdığından, işdən uzaqlaşdırılıb. Cəlal Mahmudlu bir qayda olaraq işlədiyi qurumlarda qardaşı İdrisin yaratdığı, lakin başqa şəxsin adına rəsmiləşdirdiyi müəssisənin qondarma tenderlərdə iştirakına və qalib gəlməsinə şərait yaradıb, digər iddiaçıların sağlam rəqabət aparmasına və şəffaflığı təmin olunmasına maneə törədib.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır