Qubada linç edilərək öldürülən gəncin qətlinə görə həbslər var - TƏŞKİLATÇI DAYIDIR
Quba rayonunda 26 yaşlı oğlanın əmisinin gəlinini qaçırdığı üçün linç edilərək öldürülməsi hadisəsi ilə bağlı bir neçə nəfər həbs edilib. Publika.az-ın verdiyi məlumata görə, Tülər kəndində baş vermiş dəhşətli cinayət faktı ilə əlaqədar istintaqa cəlb edilən və ifadələri alınan 60-dan çox şəxsdən 6-sı Quba rayon Məhkəməsində hakim qarşısına çıxarılıb. Onların barəsində istintaq müddəti üçün 4 aylıq həbs-qətimkan tədbiri seçilib.
Həbs edilərək təcridxanaya göndərilən şəxslər arasında ərinin əmisi oğlu ilə qaçan 25 yaşlı Aynurun atası, dayısı, qayını və əri də var. Aparılan araşdırmaların gedişində həbs edilənlərin sayının artması istisna edilmir. Bildirilir ki, məlum cinayətdə qaçan gəlinin dayısı da yaxından iştirak edib. Rusiyadan yenicə Azərbaycana qayıdan həmin şəxs baş vermiş cinayətin təşkilatçılarından olub.
Həbs edilən şəxslər Bakıya qaçmış Aynurla Elşadın oğurlanaraq məcburi şəkildə Qubaya gətirilməsində, Tülər kəndində linçetməni təşkil etməkdə və qətldə şübhəli bilinirlər. Qeyd edək ki, həyat yoldaşının 26 yaşlı əmisi oğlu ilə qaçan qadın 2 uşaq anası olub və o, övladlarını ataraq evdən çıxıb. E.Ə. ilə əmisinin gəlini A.Ə. kənddən çıxandan sonra birbaşa Bakıya gəlib və 2 gün ərzində paytaxtda qalıblar.
Bu müddət ərzində qadının ailə üzvləri, eləcə də atası və qardaşları onu axtarıblar. Həmçinin onun itkin düşməsi ilə bağlı polisə məlumat verilib. Qətlə yetirilən gənc Bakıda başqa qızla nişanlı imiş. Araşdırmalar davam etdirilir.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır