Müşfiqə aid olduğu ehtimal edilən qalıqlar çıxarıldı
Bu gün səhər saatlarından etibarən haqqin.az və virtualaz.org saytlarının təşkil etdiyi xüsusi qrup Bakının Puta qəsəbəsində görkəmli Azərbaycan şairi Mikayıl Müşfiqə aid olduğu ehtimal edilən qalıqların çıxarılması üçün işə başlayıb.
Xatırladaq ki, böyük ehtimalla Müşfiqə məxsus olduğu təxmin edilən qalıqlar azərbaycan əsilli rusiyalı milyarder Fərhad Əhmədovun atası Teymur Əhmədovun qalıqlarının axtarılması zamanı tapılıb. F.Əhmədov saytımıza açıqlamasında bildirib ki, qalıqların tapılması haqda vaxt Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyini məlumatlandırıb. Habelə iş adamı Müşfiqə aid olduğu təxmin edilən qalıqlarla eyni quyuda basdırılmış 10-a yaxın insan qalıqlarının (hamısı 30-cu illərdə Stalin repressiyaları zamanı güllələniblər) toplanması və gələcək araşdırma üçün ayrıca saxlanılmasını təmin edib.
Redaksiyamızın təşkil etdiyi qrup tərəfindən bu gün həmin qalıqlar qazılaraq çıxarılıb, onların arasından Müşfiqə aid olduğu qalıqlar ayrılıb. Fotodan da göründüyü kimi skeletin baş sümüyündə iki güllə yeri var.
Hər ehtimala qarşı digər qalıqlardan da bir neçəsi götürülüb. Növbəti mərhələdə Səhiyyə Nazirliyinin mütəxəssisləri tərəfindən Müşfiqə aid olduğu ehtimal edilən qalıqlar üzərində tədqiqat başlayacaq və nümunələr götürüləcək. Daha sonra həmin nümunələr şairin yaxınlarından birindən götürülmüş nümunələrlə müqayisə edləcək, yəni DNK analizi aparılacaq. Redaksiyamız böyük ümidlə gözləyir ki, aşkar edilən qalıqların nakam şairə məxsusluğu DNK analizi ilə təsdiqlənəcək və onu nəhayət layiq olduğu şəkildə dəfn etmək mümkün olacaq.



Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır