MTN-nin sabiq şöbə rəisi ilə bağlı yayılan xəbərlər YALAN ÇIXDI - RƏSMİ
Bəzi kütləvi informasiya vasitələrində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin sabiq şöbə rəisi Vüsal Ələkbərovun cəza çəkdiyi cəzaçəkmə müəssisəsindən guya vaxtından əvvəl azadlığa buraxılması və ya məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi barədə informasiyalar yayılmışdır. Bu barədə xalqxeber.az-a daxil olan Azərbaycan Respublikası Baş Prokurorluğunun mətbuat xidmətlərinin birgə məlumatında deyilir.
Həmin məlumatlar həqiqəti əks etdirmədiyindən Baş Prokurorluq tərəfindən qəti şəkildə təkzib olunur.
Belə ki, rüşvət alma, hədə-qorxu ilə tələb etmə və sair faktlarla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaqı tamamlanmış cinayət işi üzrə məhkəmə tərəfindən azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş Vüsal Ələkbərov hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin müvafiq cəzaçəkmə müəssisəsində azadlıqdan məhrumetmə cəzasını çəkir.
Kütləvi informasiya vasitələrinə bir daha xəbərdarlıq edilməklə, bu kimi halların təkrarlanmaması və həqiqətə uyğun olmayan məlumatların gələcəkdə yayılmaması məqsədilə məlumatları dərc etməzdən əvvəl informasiyanın düzgünlüyünün hüquq mühafizə orqanlarının, o cümlədən Baş Prokurorluğun Mətbuat xidmətləri ilə dəqiqləşdirmələri xahiş olunur.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır