Gəncə hadisələrinə görə axtarılan azərbaycanlı Moskvada saxlanıldı
Gəncə hadisələrinə görə Azərbaycanın axtarışa verdiyi şəxs Rusiya paytaxtı Moskvada saxlanılıb.
Rusiya KİV-nə istinadən xəbər veririk ki, adı açıqlanmayan 34 yaşlı şəxs İnterpol xətti ilə iyul ayından axtarışda olub.
“Oktyabrın 11-i səhər saatlarında Moskvanın “Arxitektor Vlasov” küçəsində bu ilin iyul ayından bəri Azərbaycan Cinayət Məcəlləsinin “Terrorizm”, “Qəsdən adam öldürməyə cəhd”, “Qanunsuz silah dövriyyəsi”, “Dövlət qulluqçusunun həyatına qəsd”, “Hakimiyyəti zorla ələ keçirməyə cəhd” və s. maddələri ilə axtarışda olan 34 yaşlı vətəndaş saxlanılıb. Onun iyul ayında Gəncədə baş verən hadisələrlə bağlılığı var”,- deyə məlumatda bildirilib.
Onun saxlanılması barədə Azərbaycan tərəfi də məlumatlandırılıb.
Azərbaycanın Baş prokuroru Zakir Qaralov Gəncə hadisələri ilə bağlı sonuncu açıqlamasında demişdi ki, indiyə kimi 77 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Onlar müvafiq məhkəmələrin qərarları ilə həbs edilib, 11 nəfər haqqında axtarış elan edilib.
"Axtarışda olan 2 nəfər tutularaq ölkəyə gətirilib. Bəzi cinayətkarların yerləri müəyyən edilib, onların da ekstradisiyası ilə bağlı ciddi tədbirlər həyata keçirilir. Həmin terror aktının təşkilatçıları və təhrikçiləri istintaq tərəfindən tam müəyyən edilib", - Z.Qaralov vurğulayıb.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır