SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Prezident Administrasiyasından cəbhədəki təxribatlarla bağlı AÇIQLAMA

Prezident Administrasiyasından cəbhədəki təxribatlarla bağlı AÇIQLAMA

Tarix:

4-03-2017, 13:10

/ 1 749 dəfə oxundu.
Prezident Administrasiyasından cəbhədəki təxribatlarla bağlı AÇIQLAMA

Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov jurnalistlərə açıqlamasında Ermənistanın son günlər cəbhə xəttində vəziyyəti gərginləşdirməsinin məkrli plan olduğunu deyib.

“Düşünürəm ki, Ermənistan rəhbərliyinin bu gün belə təxribatları tez-tez törətməsinin hansısa bir səbəbi var. Mən hələ ki, onun haqqında heç nə demək istəmirəm.

Ötən il Vyana və Sankt-Peterburqda artıq bu cür təxribat xarakterli addımların olmaması, yəni sərhəddə, təmas xəttində sabitliyin, sakitliyin qorunub saxlanılması əsas prinsip kimi irəli sürüldü. Buna baxmayaraq, Ermənistan tərəfinin bu addımları atması onların hansısa məkrli planının olmasından xəbər verir. Ona görə də bir qədər gözləyək".

Şərhlər

XƏBƏR LENTİ