Keçmiş polis Akif Çovdarov və işçisini məhkəməyə verdi
Həbsdə olan ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov və onun keçmiş işçisi, polkovnik Səlim Məmmədov məhkəməyə verilib.
"Report"un əldə etdiyi məlumata görə, həmin şəxslərin cinayət işində zərərçəkmiş qismində tanınan, Daxili İşlər Nazirliyinin sabiq əməkdaşı Neman Kərimov bu dəfə onlarla bağlı məhkəmə müraciət edib.
N.Kərimov A.Çovdarov və S.Məmmədovun barəsində mülki qaydada Xəzər Rayon Məhkəməsinə iddia irəli sürüb.
Belə ki, o, general və polkovnikdən 216 min manat dəyərində həm mənəvi, həm də maddi təzminat tələb edib.
Xəzər Rayon Məhkəməsində hakim Tərlan Əkbərovun sədrliyi ilə keçiirlən prosesdə qərar elan olunub.
Qərara əsasən, N.Kərimovun iddiası təmin edilməyib.
Qeyd edək ki, 2015-ci ildə həbs edilən A.Çovdarov və S.Məmmədovun ittiham aktına əsasən, N.Kərimov və dayısı oğlu Elçin Mövsümov "Elit” otelində iki qızla qalarkən MTN əməkdaşları basqın edib və onları nazirliyə aparıblar. Nazirliyin inzibati binasında isə ona Sevinc Rüstəmovaya 30 min manat borcu olduğunu deyiblər.
Daha sonra MTN əməkdaşları N.Kərimovu buraxmaq üçün əvvəl 250 min manat pul istəyib və 80 min manata razılaşıblar. N.Kərimovun dayısı Zakir Mövsümov 80 min manat pul gətirərək, MTN zabitlərinə verib və onu buraxıblar.
Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Akif Çovdarov 12 il, Səlim Məmmədov 11 il, Akif Əliyev 5 il və Orxan Osmanov 4 il müddətinə azadlıqdan məhrum edilib. Onların 33 milyon manatlıq əmlaklarının əksəriyyəti müsadirə edilib və rütbələrinin alınması üçün təqdimat verilib.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır