Hacı Mazan jurnalistlərdən ÜZR İSTƏDİ: - "Peşmanam"
Hacı Mazan kimi tanınan iş adamı Ramazan Zeynalov hücum etdiyi televiziya işçilərindən üzr istəyib.
Unikal.org-un əldə etdiyi məlumata görə, 03.08.2018-ci il tarixində vətəndaş Faiq Seyfullayevin şikayətini araşdırmaq üçün çəkiliş aparan Xəzər televiziyası xəbərlər xidmətinin müxbiri Rüstəm İbadov və operator Davud İbrahimova etdiyi kobudluğa görə kanala gələrək adı çəkilən şəxslərdən üzrxahlıq edib.
Kollektivin qarşısında üzrxahlıq edən Hacı Mazan bildirib ki, etdiyi əmələ görə peşmandır. Buna görə də müxbir Rüstəm İbadov və operator Davud İbrahimovdan onu bağışlamalarını xahiş edib.
Xatırladaq ki, şikayətçi olan vətəndaş Faiq Seyfullayevin qarşılaşdığı problemi çəkmək üçün hadisə yerinə gələn "Xəzər” televiziyasının xəbərlər xidmətinin müxbiri Rüstəm İbadov və operator Davud İbrahimova hücum edən iş adamı "Hacı Mazan” mikrofonu müxbirin əlindən dartaraq alıb. Həmçinin operatordan çəkməməyi tələb edərək kameranı almağa çalışıb.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır