Ramiz Yediyarovun həbsi gündəmdədir - Məsələsi ciddidir
Bir müddət əvvəl xəbər yayıldı ki, Gədəbəy rayon İcra Hakimiyyəti başçısı vəzifəsindən azad edilən Ramiz Yediyarov barəsində Baş prokuror yanında korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən araşdırmalara başlanılıb.
R.Yediyarovun rayon maliyyə idarəsinin rəisi Namiq Məmmədovla birgə külli miqdarda dövlət vəsaitini təyinatı üzrə xərcləməyərək büdcəyə ziyan vurduğu bildirilir. Artıq onun ölkədən çıxışına qadağa qoyulması ilə bağlı məhkəmə qərarı çıxarılıb.
Qeyd edək ki, Ramiz Yediyarov bu il iyunun 1-də dövlət başçısının imzaladığı sərəncamla vəzifədən azad edilib. Avqustun 28-də imzalanan digər sərəncamla Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçisi İbrahim Mustafayev bu vəzifəyə təyin edilib.
Daxil olan son məlumata görə, artıq Yediyarovun barəsində həbs qərarı çıxarılıb və bu barədə rəsmi razılığın əldə olunması istənilir.
Məlumatlı mənbə bildirir ki, söhbət böyük büdcə vəsaitinin mənimsənilməsindən gedir və ortada təkzibolunmaz faktlar var.
Əlavə bilgilərimiz olacaq. Qarşı tərəfi də dinləməyə hazırıq..
DİA.AZ

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır