"AMAY Abdulla"nın binalarına görə institut direktoru dindirildi
Dələduzluqda təqsirləndirilən "Xudafərin" MMC-nin vəzifəli şəxsləri - Anar Məmmədov, Ramiz Quluzadə, Nicat Məmmədov, Cavid Qurbanov və Emin Gülün cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə “Hüquq, İqtisadiyyat və Sosial Tədqiqatlar” İnstitutunun direktoru, Dünya Azərbaycanlıları Konqresi (DAK) Məşvərət Məclisi sədrinin birinci müavini, sülh səfiri olmuş Əli Ağaevli (Əli Hacı) şahid qismində ifadə verib.
O bildirib ki, 2012-ci ildə oğlu Elşən üçün ev alıb: " Mənzili Azər Xəlilov və Abdulla Abdullayevdən aldım. Pul əvəzinə öz avtomobilimi verdim. Uzun müddət keçdi. Xaricdə səfərdə idim. Bakıya qayıdanda oğlum üçün aldığım mənzilin başqasına satıldığını bildim. Məhkəməyə müraciət etdim”.
Prosesdə şahid qismində “AMAY” MMC-də baş mühasib vəzifəsində çalışan Vidadi Qurbanov dindirilib. O deyib ki, Abdulla Abdullayevlə birgə ittiham olunub və şərti cəza alıb.
Şahid məhkəmədə 2013-ci ildə istintaqa verdiyi ifadəsini təsdiq etdiyini qeyd edib.
Zərərçəkmişlər Vüsal Orucov və Saleh Məmmədəliyev onlara dəyən ziyanın ödənildiyini və şikayətçi olmadıqlarını deyiblər.
Proses sentyabrın 21-də davam edəcək.
Qeyd edək ki, "Xudafərin" MMC-nin vəzifəli şəxsləri - Anar Məmmədov, Ramiz Quluzadə, Nicat Məmmədov, Cavid Qurbanov və Emin Gülə qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunur. Onların barəsində həbs qətimkan tədbiri seçilməyib. Cinayət işində 47 zərərçəkmiş var. Təqsirləndirilən şəxslər ümumilikdə 2 milyon manat dəyərində dələduzluq etməkdə təqsirli bilinirlər. Məhkəmədə elan olunmuş ittiham üzrə Anar Məmmədovla Ramiz Quluzadə özlərini qismən təqsirli bildiklərini, digərləri isə özlərini təsirli bilmədiklərini deyib.
Xatırladaq ki, "Xudafərin" MMC "AMAY Abdulla" kimi tanınan iş adamı Abdulla Abdullayevə məxsusdur.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır