“Hacı Mazan”a qarşı cinayət işi açıldı (VİDEO)
"Hacı Mazan” kimi tanınan iş adamı Ramazan Zeynalovun və adamlarının binasında yaşayan sakinin evinə hücum çəkməsi ilə bağlı Bakı Şəhər Prokurorluğunda cinayət işi başlanıb.
İstintaq faktı xuliqanlıq kimi qiymətləndirib və Cinayət Məcəlləsinin 221-ci maddəsi (xuliqanlıq) ilə tövsif edib.
İstintaqın gedişində cinayət işinin CM-in 221-ci maddənin hansı bəndi üzrə araşdırılacağı məlum olacaq. Hadisənin bir qrup tərəfindən törədildiyini nəzərə alsaq, faktın CM-in 221.2-ci maddəsi ilə araşdırılacağı gözlənilir. Bu maddəyə görə təqsirləndirilən şəxs və ya şəxsləri iki ilədək müddətə islah işləri və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir.
Məsələ ilə bağlı Hacı Mazanla əlaqə saxlanılıb. O, suallara cavab verməyərək telefonunu söndürüb: "Mənə heç bir sual verməyin. Sizi eşitmirəm, Bakıda deyiləm, Naxçıvandayam...”.
Xatırladaq ki, "Hacı Mazan” və adamları Binəqədi rayonunda "İnam Bayram” MTK-nın inşa etdiyi binada Faiq Seyfullayevin mənzilinə hücum edərək, orda çəkiliş aparan Xəzər TV-nin əməkdaşlarına zor tətbiq edib, mənzil sahibini isə döyüblər. Nəticədə Faiq Seyfullayev ağır bədən xəsarətləri alıb.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır