Zabitin ölümü və iş adamının məsuliyyətdən kənarda qalan oğlu
Müdafiə Nazirliyinin polkovnik-leytenant rütbəli zabiti Eldar Məmmədovun 2014-cü ildə Bakıda sərnişindaşıma xidməti göstərən “Xaliq Faiqoğlu” MMC şirkətinin sahibinin oğlu tərəfindən “Land Rover” markalı avtomobillə vurularkən aldığı xəsarətlərdən ölməsi ilə bağlı ötən il başladılan təkrar istintaqdan xəbər yoxdur
Xatırladaq ki, iş adamı Faiq Seyidovun oğlu Xaliq Seyidovun törətdiyi həmin avtoqəza ilə bağlı virtualaz.org saytının üzə çıxardığı sənədlərdən sonra hüquq-mühafizə orqanları yenidən cinayət işi qaldırmışdı. Həmin cinayət işinin istintaqı Bakı Şəhər Baş Polis İdarəsinin Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə həvalə edilmişdi. Lakin daha sonra cinayət işi Bakı Şəhər Prokurorluğu tərəfindən cinayət işinin istintaqı yenidən Nəsimi RPİ-nin İstintaq Şöbəsinə qaytarılıb.
Həmin cinayət işinin təhqiqatının hazırda nə yerdə olduğu barədə məlumat əldə etmək cəhdlərimiz nəticəsiz qalıb. Hər halda iş adamının oğlunun bu hadisəyə görə məsuliyyətə cəlb edildiyinə dair məlumatlara da rast gəlinmir. Xatırladaq ki, 2014-cü ildə avtoqəza ilə bağlı cinayət işinə xitam verilmişdi və bunun üçün polkovnikin “öz əcəli ilə öldüyünə dair” rəy əsas götürülmüşdü. Lakin Müdafiə Nazirliyinin Mərkəzi Kliniki Hospitalının həkimləri tərəfindən verilən epikrizdə göstərilirdi ki, zabit avtomobillə vurularkən həyatla uzlaşmayan ağır xəsarətlər alıb.(virtualaz.org)

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır