SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Elmira Axundova məhkəmə qətnaməsi aldı, nümayəndəsi deputat oğlunun cərimələndiyini gizlətdi

Elmira Axundova məhkəmə qətnaməsi aldı, nümayəndəsi deputat oğlunun cərimələndiyini gizlətdi

Tarix:

1-09-2018, 13:52

/ 1 793 dəfə oxundu.
Elmira Axundova məhkəmə qətnaməsi aldı, nümayəndəsi deputat oğlunun cərimələndiyini gizlətdi

Əfv Komissiyasının üzvü, deputat Elmira Axundova məhkəmə qətnaməsi alıb. Məlumata görə, oğlunun adının qarışdığı 8 milyon manatlıq dələduzluq işi Bakı Ağır Cinayətlər Məhkəməsində mərkəzi fiqur kimi keçdiyi bir vaxtda bunu deputatın böyük qələbəsi kimi də qeyd etmək olar. Amma ortada olan faktlar, elə deputatın özünün səs yazısı alınan məhkəmə qətnaməsinin qanuniliyini, ədalətli olmasını, obyektiliyini şübhə altına alır.
Söhbət ondan gedir ki, 2013-cü ildə deputatın, onun oğlu Həbib Axundovun adı qarışan 8 milyon manatlıq dələduzluq olayı meydana çıxıb. Məlum olub ki, deputat yaxın ətrafına, dost-tanışına oğlu Həbib Axundovun yaratdığı biznesə pul yatırmağa çağırıb. Adamlar da deputatın çağırışı ilə Həbib Axundova, Axundovlar tərəfindən şərik kimi təqdim olunan Elnur İbrahimova böyük pullar veriblər. Günlərin birində isə Həbib Axundov pul sahiblərini anasının Şüvəlandakı bağ evinə yığıb və elan edib ki, biznes çöküb. Sonrakı araşdırmalar isə ortaya qoyub ki, Elmira Axundovanın dediyi biznes ümumiyyətlə olmayıb, sadəcə adamlardan toplanan pulların cüzi hissəsini hər ay onlara qaytarmaqla biznesdən gələn gəlir kimi təqdim ediblər. Vəssəlam! Bu haqda mətbuatda yazılar dərc olunub, Elmira Axundovanın, oğlu Həbib Axundovun səs yazıları paylaşılıb. Həmin günlərdə Həbib Axundov, Elmira Axundova Binəqədi rayon Məhkəməsinə müraciət ediblər. Məhkəmədə qaldırdıqları əsas məsələ dələduzluq işi ilə bağlı səs yazılarının yayılmasının qarşısını almaqdan ibarət olub. İş üzrə Binəqədi rayon Məhkəməsində proses 3 ildir ki, davam edirdi. Bu müddətdə Həbib Axundovun, anası Elmira Axundovanın iddialarına və qarşılıqlı iddiaya baxan hakimlər 3 dəfə dəyişib. Hakim Kamran Əsədov işə baxan sonuncu hakim olub. O, Elmira Axundovanın oğlu Həbib Axundovun adı keçən dələduzluq işində zərərçəkmiş şəxslərin hər birinin 10 min manat cərimələnməsi, məlumatların təkzib olunmasını, eyni zamanda Həbib Axundovun da 10 min manat cərimələnməsi haqda qərar verib. Qarşılıqlı iddia vermiş tərəf deyir ki, qərar qərəzli və obyektivlikdən çox uzaqdır. İşdəki materiallarla əlaqəsi yoxdur. Sadəcə Elmira Axundovanın maraqlarına cavab verir, Azərbaycan qanunlarından çox uzaq bir qətnamədir. Elmira Axundovanın nümayəndəsi məhkəmədən sonra aldıqları qətnaməyə istinad etməklə çıxış edib. Alınmış qətnamədə gəlişi xoş olan sözlər çox olsa da, reallıqla əlaqəsi yoxdur.

Hakim məhkəmə zalında iş üzrə qarşı tərəfdən olan iddiaçlara qətnamənin 1 ay müddətində veriləcəyi elan edib və dərhal həmin qətnaməni deputata verməklə faktiki mövqeyini ortaya qoyub. Elmira Axundovanın nümayəndəsi məhkəmə qətnaməsi haqda mətbuatda çıxış edərkən iş üzrə deputat oğlu Həbib Axundovun da 10 min manat cərimələndiyini deməyi “unudub”. Nümayəndənin yarımçıq çıxışı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Elmira Axundovanın qətnaməni alması ironik şərhlərlə müzakirə edilməyə başlayıb. Onlardan birini də təqdim edirik:

AzEuroNews.com
Elmira Axundova məhkəmə qətnaməsi aldı, nümayəndəsi deputat oğlunun cərimələndiyini gizlətdi
Elmira Axundova məhkəmə qətnaməsi aldı, nümayəndəsi deputat oğlunun cərimələndiyini gizlətdi

Şərhlər

XƏBƏR LENTİ