Bakı Şəhər İcra Hakimiyyəti ləğv edilib, yeni qurum yaradılır?
Fazil Mustafa: “Bakı Böyük Şəhər Bələdiyyəsinin yaradılması ilə bağlı fikirlər səsləndirilirdi”
Prezident İlham Əliyevin aprelin 21-də imzaladığı sərəncama əsasən, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilən Hacıbala Abutalıbov Baş nazirin müavini vəzifəsinə təyin olunub. Hazırda meriyada başçı və bir müavin postu boşdur. Qanunvericiliyə uyğun olaraq, başçı təyin olunanadək mer vəzifəsinin səlahiyyətilərini müavin Fidumə Hüseynova icra edir.
Hazırda Bakı Şəhər İcra Hakimiyyətində yeganə rəhbər şəxs olan F.Hüseynova xanım 2005-ci ildən şəhər merinin müavini vəzifəsində çalışır. Bakı merinin hələ də təyin edilməməsi Bakı Şəhəri İcra Hakimiyyətinin ləğv edilə biləcəyi ehtimalını sualını doğurur.
Bununla bağlı big.az-a açıqlama verən deputat Fazil Mustafa bildirib ki, bir ara Bakı Böyük Şəhər Bələdiyyəsinin yaradılması ilə bağlı fikirlər səsləndirilirdi: “Amma bu gün real görünmür. Çünki Bakı təsərrüfatı başsız buraxılsa özbaşınalıq yaranar. Yəqin ki, bu 2019-ci il bələdiyyə seçkiləri zamanı müəyyənləşəcək. Bakı Böyük Şəhər Bələdiyyəsinin də seçilməsi nəzəardə tutulacaq.
Çünki bələdiyyə strukturu olmasa Bakı şəhərinin planlı inkişafı və vətandaşlara xidmət səviyyəsi yüksəlməyəcək. Amma bu hələ real görünmür. Yəqin ki, bundan sonrakı mərhələdə təyinat olacaq. Hər halda Bakı Şəhər İcra Hakimiyyətinə başçının təyin edilməsi səlahiyyəti cənab prezidentimizə məxsusdur. Zamanı gələndə cənab prezidentimiz layiq olanı bu vəzifəyə təyin edəcək”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...