Zahid Oruc: “Onlar demək istəyir ki, biz sizin polisləri də öldürə bilərik"
"Gəncədə baş verən dünənki terror zamanı iki polis zabitinin qətlə yetirilməsi o mesaj idi ki, biz sizi qoruyan polisləri də öldürə bilərik”.
Bu sözləri azxeber.com-a danışan Milli Məclisin deputatı Zahid Oruc söyləyib.
O bildirib ki, bu hadisələr məqsədli şəkildə həyata keçirilir və arxasında duran qüvvələr var:
"Biz bu hadisəyə təkcə Gəncədə baş verənlər rakursundan baxmalı deyilik. Hesab edirəm ki, hadisənin arxasında duran səbəblər daha geniş miqyaslıdır. Mən bu hadisələri 2015-ci il hadisələri ilə müqayisə edərdim. O zaman Milli Təhlükəsizlik Nazirliyinin cinayətkar rəhbərliyi ifşa ediləndən sonra Gəncədə polis nəfərlərini qumbara ilə məhv etməyə çalışan qüvvələr – "Müsəlman Birliyi Hərəkatı”nın üzvləri ayağa qalxdılar. Heç şübhəsiz istər o zaman, istərsə də indi baş verənlər arasında oxşarlıq var. Görünən odur ki, Azərbaycan üzərindən əməliyyat cızanlar, onun bütün coğrafiyasını əhatə etməyə çalışırlar. Nardarandan Gəncəyə qədər uzanan yol cızdılar. Daha böyük şəhərlərdə inanclı insanların adı ilə dindən öz çirkin məqsədləri üçün istifadə edir, ölkəmizdə qarışılıq yaratmaq istəyirlər”.
Gəncənin icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsdi ssenarinin ilkin elementi adlandıran deputatın sözlərinə görə, təxribatçı qüvvələr öz məqsədlərinə nail olmayacaqlar:
"Heç şübhəsiz Yunis Səfərov bu hadisənin təkbaşına iştirakçısı ola bilməzdi, onun alt qatı var. Şahid olacaqsınız ki, bu əməllərin üzərində sistemli analiz aparan qüvvələrin işi mövcuddur. Dünənki aksiyanı təşkil edənlər Yunis Səfərovun "siyasi-mənəvi-din-qan qardaşları”dır. Bu qüvvələr başa düşülür ki, onlar ifşa olunacaqlar. Bir gün onların da qapısı döyüləcək. Bu səbəbdən təxribatçı ssenarilərini davam etdirirlər. Lakin onlar bu dəfə də öz çirkin məqsədlərinə nail olmayacaqlar”.
İki polis zabitinin şəhid olmasınından sarsıntı keçirdiyini deyən millət vəkili qeyd etdi ki, bu təkcə onlara qarşı hücum deyil, bütün ölkəmizə qarşı yönəlmiş cinayətdir:
"Qarabağ uğrunda savaşlarda həlak olan polislərimiz olub, onlar vətənin keşiyində ləyaqətlə dayanıblar. Dünən həlak olan polis zabitləri də ləyaqətli davranış nümayiş etdiriblər. Onlar silahlı olsalar da, sərt addımlar atmaqdan daşınıblar. İstəməyiblər ki, qan tökülsün. Əvəzində guya siyasi, guya demokratik, guya kiminsə haqqını qoruyan adamlar bıçaqla bu cinayəti törədiblər. Görün onlar başqa silahlara malik olsaydılar, nə edərdilər?! Bu hadisəni aksiya kimi qələmə vermək olmaz. Dünənki günə qədər hardasa şəxsi qərəzində, şəxsi motivində düşünən adamlar da ayıldılar. Dünənki gün axşamdan etibarən onlar sosial şəbəkələrdə etdiyi paylaşımlarda kütləvi olaraq dövlətə qədər uzanan əlləri ifşa etdilər. Mənə elə gəlir ki, bu bir tərəfdən mənəvi qələbədir. Hesab edirəm ki, xalqımız bu prosesdə də həmrəylik nümayiş etdirərək, məkrli qüvvələrin təxribatçı və terrorçu ssenarilərinə qarşı dayanacaq”.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır