Prokuror Kəmalə Ağazadəyə 4 il iş istədi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və rüşvət almaqda təqsirləndirilən, "Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadəyə cəza istənilib.
Hakim Zeynal Ağayevin icraatında olan prosesdə dövlət ittihamçısı çıxış edərək K.Ağazadənin 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
İttihama görə, K.Ağazadə Azərbaycan Uşaqları Birliyinin sədri işləyərkən Səhiyyə Nazirliyi ilə birgə həyata keçirdiyi layihənin müddətinin uzadılacağını vəd edərək həmin layihə çərçivəsində əməkdaşlıq etdiyi Həcər Kəngərli, Mahir Bayramov və Mahirə Sadıqovadan ümumilikdə 7800 manat məbləğində pul alıb, özünün şəxsi ehtiyaclarına xərcləyib.
Həmin pulu isə nazirlikdəki vəzifəli şəxsə verəcəyini deyib. O, həbs edilməsə də, barəsində polisin nəzarətinə verilməklə başqa yerə getməmək qətimkan tədbiri seçilib.
K.Ağazadə özünü təqsirli bilmədiyini deyib.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır