SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Xanım komitə sədri 14 yaşlı uşağın ərə verilməsinə göz yumur: “Siz anasız...” - VİDEO

Xanım komitə sədri 14 yaşlı uşağın ərə verilməsinə göz yumur: “Siz anasız...” - VİDEO

Tarix:

28-06-2018, 21:07

/ 1 305 dəfə oxundu.
Xanım komitə sədri 14 yaşlı uşağın ərə verilməsinə göz yumur: “Siz anasız...” - VİDEO

Lerik sakini Mirtəmən Sadıqov günlərdir ki, yetkinlik yaşına çatmayan qızının anası tərəfindən ərə verilməsinə görə mediada fəryad qoparır
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədri Hicran Hüseynova isə bu fakta da susur.

M.Sadıqov keçmiş arvadının bu hərəkətinə etiraz edib və övladına kömək etmək üçün prezidentə və dövlət orqanlarına müraciət ünvanlayıb.

Amma komitə sədri Hicran Hüseynova bundan əvvəlki qaçırılma, zorlama, erkən nikah, qadınların və uşaqların işgəncəyə məruz qalması faktları kimi, sözügedən məsələyə də göz yumur.

Çarəsiz ata “Kanal 1” internet televiziyasına müraciət edərək azyaşlı qızının anası tərəfindən ərə verilməsinin qarşısının alınması üçün prezident İlham Əliyevdən, dövlət orqanlarından kömək istəyib.

“Xahiş edirəm toyun qarşısını alsınlar. Uşaqlar sığınacağa yerləşdirilsin”,- Sadıqov müraciətində deyir.

Atanın sözlərinə görə, keçmiş həyat yoldaşı Məmmədova Əminə uşaqlarını ondan gizlədir: “Dövlət araşdırsın, 14 yaşlı qızı ərə vermək olarmı? Qızlarımın adı Leyla, Nüşabə, Aytən və Yeganədir”.

M.Sadıqov deyir ki, hazırda qardaşının Binə qəsəbəsindəki evində qalır. Və uşaqlarının taleyi barədə mətbuata hər şeyi açıq danışmaq istəmir.

Amma toy təxirə salınsa və azyaşlı qızının ərə verilməsinin qarşısını alınsa dövlət orqanlarına izahat verməyə hazırdır.

Komitənin laqeydliyi heç cür anlaşılmır. Komitənin birbaşa vəzifə və səlahiyyəti ailə, qadın və uşaq prioblemləri ilə məşğul olmaqdır.

Bu istiqamətdə maarifləndirmə aparmalı, həmin ailələrə baş çəkməli, hüquq-mühafizə orqanları ilə birgə hərəkət etməli, polisi məlumatlandırmalıdır.

H.Hüseynovaya edilən müraciətlər və məktublar bir yana, faktiki video müraciət edərək mətbuata çıxmış atanın da fəryadına biganəlik nümayiş etdirir.

Dövlət tərəfindən komitəyə maliyyə ayrılır, regional şöbələri fəaliyyət göstərir ki, bu problemlər aradan qaldırılsın. H.Hüseynova isə tamamilə etinasız davranır.

Feysbukda sərt tənqid olunan H.Hüseynova ictimai qınaqla üzləşib. Sosial şəbəkələrdə komitə sədrinin ünvanına sərt ifadələr yazırlar, laqeydliyini qeyd edirlər.

Bildirirlər ki, “siz də bir anasınız, övlad sahibisiniz, bir məmur kimi yox, valideyn kimi məsələyə yanaşmaq lazımdır, 14 yaşlı uşağı xilas etmək, təhsil vermək vacibdir”,-deyə yazırlar.

“14 yaşlı qızı ərə vermək olmaz. Mən uşaqların oxumasını istəyirdm. Uşaqlarımı gizlədə və ya öldürə bilərlər”, -ata söyləyib.

M.Sadıqov bildirir ki, qızlarından biri dayısına verilib, onun evində uşaqlarına qulluq edir: “Qızlarım başqalarına nökərçilik edir. Ana isə gündüzlər evdə olmur, işləməyə, gəzməyə gedir, axşamtərəfi evə gəlir”.

Virtualaz.org saytı azyaşlının ərə verilməsi faktının qanunla qadağan edilən və cinayət məsuliyyəti yaradan əmək olduğunu nəzərə alaraq bu məsələni araşdırıb.

M.Sadıqovla telefon əlaqəsi saxlayıblar. O, videomüraciətində dediklərini bir daha təsdiqləyib, 1-i oğlan, 9 qız olmaqla 10 uşaq atasıdır.

Qızları təhsil almayıb, oğlu isə hazırda hərbi xidmətdədir. Keçən il həyat yoldaşı ilə ayrılıb, bundan sonra uşaqlarını yalnız 1-2 dəfə görə bilib.

“Ərə verilən Leyla 7-ci övladımdır. Mən onun toyu haqda qohumlarımıza göndərilən dəvətnamədən xəbər tutmuşam.

2004-cü ilin mayında doğulub. Anası ilə birgə fermada işləyir. Ərə getdiyi Arzuman adlı oğlan da fermada onunla birgə işləyib”, -ata danışır.

Toy iyulun 1-də Hövsandakı “Sahil” şadlıq sarayında keçiriləcək. M.Sadıqov deyir ki, dəfələrlə keçmiş həyat yoldaşı Əminə Məmmədova ilə danışmağa çalışsa da, o görüşmək istəmədiyini deyib.

FİA.AZ

Şərhlər

XƏBƏR LENTİ