“Ciddi məsələdir, prezidentin nəzarətindədir” - Nazirdən ilk açıqlama
Çox narahatedici və təəssüfedici haldır ki, bir neçə gün ərzində pambıq sahələrində kütləvi zəhərlənmə halları baş verir.
RealTv-yə istinadən xəbər veririk ki, bu sözləri kənd təsərrüfatı naziri İnam Kərimov İmişlidə pambıqdan zəhərlənənlərə baş çəkdikdən sonra jurnalistlərə açıqlamasında bildirib:
“Bu, çox ciddi məsələdir. Cənab prezidentin birbaşa nəzarətindədir. Həm Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyi, həm Baş Prokurorluğun rəhbərliyi, Səhiyyə, Fövqəladə Hallar Nazirliyi və bütün dövlət qurumları hazırda İmişlidədir.
Bilirsiniz ki, pambıq texniki bitkidir, kimyəvi maddələrin tətbiqi qaçınılmazdır. Həm İmişli, həm də Saatlıda baş verənlər özəl şirkətlərin becərdiyi, idarəçiliyində olan ərazilərdə baş verib. Özəl şirkətlər, fermerlər təhlükəsizlik qaydalarına ciddi əməl etməlidirlər. Əlbəttə dərmanların keyfiyyəti ilə bağlı məsələ də araşdırılır. İstintaqın nəticələrini gözləyirik. İki versiya var: Ya ölkəyə idxal olunan dərmanların keyfiyyəti aşağıdır, ya da qulluq zamanı şirkətlər təhlükəsizlik qaydalarını pozublar.
Bugünkü vəziyyətlə bağlı isə hər şey qaydasındadır. İşçilərin vəziyyəti normaldır, bu gün evlərinə buraxılacaqlar".

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır