İş adamının oğlu həbsdə qaldı
Qarabağ müharibəsində şəhid olan Elton Əkbərovun qızı Könül Əkbərovanı idarə etdiyi "Jeep" markalı maşınla vuraraq öldürməkdə təqsirləndirilən iş adamının oğlu Rəhim Rəhimovun barəsindəki hökmdən apellyasiya şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb.
R.Rəhimov və müdafiəçiləri hökmdən şikayət edərək cəzanın yüngülləşdirilməsini istəyiblər. Bakı Apellyasiya Məhkəməsinin hakimi Əmir Bayramov şikayəti təmin etməyib və hökmü dəyişdirmədən qüvvədə saxlayıb.
Qeyd edək ki, hadisə 2017-ci il noyabrın 8-də Bayraq meydanının yaxınlığında baş verib. Sürücülük vəsiqəsi olmadan idarə etdiyi avtomobillə şəhid qızını vuran 17 yaşlı gənc R.Rəhimov iş adamı Akif Rəhimovun oğludur. A.Rəhimov isə “Yeganə” şadlıq sarayının rəhbəri Məmməd Rəhimovun qardaşıdır.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R. Rəhimov 5 il müddətinə azadlıqdan məhrum edilib.
O yalnız sürücülük vəsiqəsi olmadan idarə etdiyi maşınla 1 nəfərin ölümü ilə nəticələnən yol qəzası törətməkdə təqsirli bilinib.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır