Süleyman Mikayılovun yerinə kimin təyin olunacağı bilindi - Belə deyirlər...
Hələ bir neçə gün əvvəlindən məlumat verərək bildirmişdik ki, paytaxt Bakının 4 rayonunun rəhbəri dəyişdiriləcək ki, onların sırasında adı bir çox qaranlıq işlərə hallandırılan Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov da var. Məlumatlarda həmçinin qeyd olunurdu ki, Qaradağla yanaşı, Bakının Sabunçu, Pirallahı və Xəzər rayon İH başçıları da vəzifələrindən alınacaq.
DİA.AZ-a daxil olan son informasiyaya görə isə, artıq Süleyman Mikayılovun yerinə kimin gətiriləcəyi müəyyənləşib. Bu barədə danışan məlumatlı mənbə iddia edir ki, hazırda Qaradağ RİH-də başçının 1-ci müavini postunu tutan Emil Abbasov Süleyman Mikayılovun yerinə ən şanslı namizəddir.
Mənbə bildirir: "Artıq bu barədə müzakirələr gedir".
Xatırladırıq ki, əslində Emil Abbasovun başçı təyin olunması Süleyman Mikayılovun da maraqlarına cavab verir. Şünki bu vaxta qədər həmin şəxs başının "qara kassası" hesab olunub.
Bizi izləyin. Əlavə bilgilərimiz olacaq. Bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır