Qüdrət Həsənquliyev: “Ən namussuz adam da xalqına qarşı belə hərəkətə qol qoymaz"
"Görünür, rusların əlində elə məlumatlar var ki, bu adamlar şərəfini itirmiş mili satqınlar kimi tarixdə və xalqımızın yaddaşında qalmağı, o dünyaya (cəhənnəmə) xalqın lənətləri ilə getməyi üstün tuturlar, nəinki o məlumatların açılmasını".
Bunu BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev Moderator.az-ın suallarını cavablandırarkən deyib.
BAXCP sədri bildirib ki, 2013-cü ildə R.İbrahimbəyov Moskvadan prezident seçkilərinə göndəriləndə əksəriyyət onun KQB agenti olduğunu başa düşmüşdü:
"Bu gün susan Milli Şura rəhbərliyinin də çoxu bunu bilirdi, amma onun (Rusiyanın) vasitəsilə hakimiyyətə gəlmək istəyirdilər. KQB təəssüf ki, bizim bəzi ziyalıları sovet dövründə agent edib. Görünür, rusların əlində elə məlumatlar var ki, bu adamlar şərəfini itirmiş mili satqınlar kimi tarixdə və xalqımızın yaddaşında qalmağı, o dünyaya (cəhənnəmə) xalqın lənətləri ilə getməyi üstün tuturlar, nəinki o məlumatların açılmasını. Rus FSB-si isə çox amansızdır, milli satqınlardan rezin kimi ömürlərinin qürub çağında da istifadə edir. Ən namussuz adam da xalqına qarşı belə hərəkətə qol qoymaz. Ona görə də mən ermənidən birbaşa pul almaq qarşılığında bunun edildiyini istisna edirəm.
Sonda bu milli xəyanətkarlar bilsinlər ki, bizim xalqımız onların təsvir etdiyi kimi qəddar və dözümsüz olsaydı, çoxdan onların bağırsaqlarını bu həqarətlərə görə bayıra tökərdi. Amma ermənilər bunu edərdi, Xocalıdakı günahsız körpələrə etdikləri kimi".

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır