İbrahimbəyov fəxri adlarından məhrum edilə bilər - İTTİFAQDAN PREZİDENTƏ MÜRACİƏT...
Xəbər verdiyimiz kimi, Rüstəm İbrahimbəyovun ssenari müəllifi olduğu "Qafqaz üçlüyü" filmində Azərbaycan xalqı vəhşi, qəddar, mədəniyyətsiz, ermənilər isə alicənab, sülhsevər, vəhşi türkün qurbanı kimi göstərilir. Filmdə ssenari müəllifinin öz doğulduğu ölkəyə olan nifrəti, milli köklərinə etdiyi xəyanəti ölkə ictimaiyyətinin kəskin etirazına səbəb olub.
Bu səbəbə görə yaxın günlərdə bir qrup rejissor və ziyalılarımız Rüstəm İbrahimbəyova Azərbaycan dövləti tərəfindən verilən fəxri adlarının ləğv edilməsi üçün ölkə başçısı İlham Əliyevə müraciət ünvanlayacaq.
Məsələ ilə bağlı Unikal.org-a Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının birinci katibi, Əməkdar İncəsənət xadimi Cəmil Quliyev faktı təsdiqləyib:
"O, Azərbaycanın xalq yazıçısı, əməkdar incəsənət xadimi və digər fəxri adlar alıb. Həmçinin yüksək mükafatlarla təltif olunub. Bunun müqabilində isə o, Azərbaycan xalqını "vəhşi, qəddar, mədəniyyətsiz" göstərib. Bizlər isə hesab edirik ki, Rüstəm İbrahimbəyovun Azərbaycan xalqına etdiyi bu hörmətsizliyin müqabilində ona verilən ən yüksək fəxri adlar və mükafatlardan məhrum edilməlidir. Bunun üçün yaxın günlərdə Kinematoqrafçılar İttifaqının katibliyi çağrılacaq və üzvləri toplaşacaq. Toplantıda Rüstəm İbrahimbəyovun Fəxri ad və mükafatlardan məhrum edilməsi ilə bağlı ölkə başçısı İlham Əliyevə müraciət hazırlanacaq. Dövlət strukturlarının, ictimai qurumların və vətəndaşların da bu məsələdə dəstəyini gözləyirik".
Qeyd edək ki, İbrahimbəyov Rüstəm Məmmədibrahim oğlu 1998-ci ildə Azərbaycanın Xalq yazıçısı, Azərbaycanın Əməkdar incəsənət xadimi adına layiq görülüb, 1995-ci ildə "Şöhrət” ordeni ilə təltif edilib.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır