TSEK sədrləri və DSMF-nin direktorları təşvişə düşüblər - Sakitcə işdən uzaqlaşa bilsəydik...
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun vəzifəsindən kənarlaşdırılması əksər Tibbi Sosial Ekspert Komissiyasının sədirləri və Dövlət Sosial Müdafiə Fondu rayon şöbələrinin direktorlarını çıxılmaz vəziyyətə salıb.
Faktinfo.az-a verilən məlumata görə,artıq adıçəkilən qurumların rəhbərləri sakitcə vəzifələrini təhvil verməyə hazırdırlar. Lakin onları qorxuya salan məqam ondan ibarətdir ki,yeni nazir Sahil Babayev ciddi islahatlara və yoxlamalara start verəcəyinin anonsunu verib. Bu isə istənilən TSEK və DSMF-nin yerli şöbələrində milyonlarla manat dövlət vəsaitinin,eləcə də sosial sığorta haqlarının mənimsənilməsini aşkarlayaraq buna yol verən rəhbərlərin hüquqi məsuliyyətə cəlb olunmasını mümkünləşdirə bilər. Danılmaz faktdır ki,sabiq nazirə ümid olub, milyonlarla vəsaitin oğurlanmasına və mənimsənilməsinə yol verənlər indiki şəraitdə Səlim Müslümovun vəzifədən alınacağını gözləmirdilər.
Verilən məlumatda o da vurğulanır ki,artıq sabiq nazirə yaxınlığı ilə tanınan Arif Səmədov başda olmaqla Ağstafa,Tovuz,Şəmkir,Gəncə,Gədəbəy,Göygöl,Daşkəsənin TSEK sədrləri ,eləcə də həmin rayonların DSMF direktorları xüsusilə narahatdırlar.Hətta,Ağstafa rayonunun TSEK sədri yaxın çevrəsinə bildirib ki,sakit bir şəkildə vəzifəmi təhvil verib,bu sistemdən uzaqlaşa bilsəydim,dərdim olmazdı.
Xatırladaq ki, nazir Sahil Babayevin əmrinə əsasən, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Sabunçu rayon TSEK sədri Vahid İbrahimov, Qəbələ rayon TSEK-in sədri Eldar Abbasov, Ağcabədi-Ağdam TSEK-in sədri Yaşasın Haqverdiyev, Nərimanov TSEK-in sədri Şahin Əliyev vəzifəsindən uzaqlaşdırıb.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır