Palatanın hesabatı icra başçılarını təşvişə salıb: - Kimlər gedir?
Prezident seçkilərindən sonra yeni formalaşan Nazirlər Kabinetində ciddi kadr dəyişiklikləri oldu. Prezidentin fərmanları ilə üç nazir, üç komitə sədri, baş nazirin iki müavini vəzifələrindən azad olundular. Bundan əlavə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı postu da boşaldı.
Daxil olan məlumata görə, yaxın günlərdə icra başçıları ilə bağlı məsələyə baxılacaq və onların əvəzlənməsi prosesinə start veriləcək.
İlkin olaraq adı ən çox qalmaqallda hallanan və eks-nazirlərin yaxın adamı kimi tanınan icra başçıları öz postları ilə vidalaşmalı olacaqlar.
Hesablama Palatasının 2017-ci ildə fəaliyyəti üzrə hesabatı isə 3 icra başçısını çıxılmaz duruma salıb. Belə ki, palata Mingəçevir şəhər və Lənkəran rayon icra hakimiyyətlərində maliyyə nöqsanları aşkarlanıb.
İnformasiyada qeyd olunur ki, adı çəkilən rayonların rəhbərləri digər rayonlara təyinat alacaqlarını gözləsələr də, bu hesabatla çıxılmaz duruma düşüblər.
Siyahıda adı keçən icra başçıları ilə bağlı kiçik araşdırma apardıq.
Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov altı ildən artıqdır bu vəzifədə çalışır. Bundan öncə Dövlət Gömrük Komitəsi və Fövqəladə Hallar Nazirliyi sistemində yüksən vəzifələr daşıyan N.Bayramovun rəhbəri olduğu İcra Hakimiyyəti ilə bağlı bir neçə gün öncə Hesablama Palatası araşdırma aparıb və qurumda tikinti xərcləri üzrə 13339,9, satınalmalar üzrə 5933, digər xərclər üzrə 126344,2 olmaqla, ümumilikdə 145617,1 manat maliyyə yayınması halı aşkarlanıb. Onu da qeyd edək ki. Niyazi Bayramovun adı bir müddət öncə Bakı Şəhər İcra Hakimiyyətinin və Yasamal rayon icra hakimiyyətinin boş qalan postlarına namizəd kimi göstərilirdi. Ancaq sonradan Yasamala Əziz Əzizova başçı təyin olundu, BŞİH isə hələ ki, boşdur.
Lənkəran şəhər İcra Hakimiyyəti də Palatanın diqqətindən kənar qalmayıb. Şəhərin başçısı Taleh Qaraşov da altı ildir ölkəmizin "cənub paytaxtı”na rəhbərlik edir. Bundan öncə Astara, Neftçala, Cəlilabad və Kürdəmir rayonlarında rəhbərlik edən T.Qaraşovun hazırda rəhbəri olduğu İcra Hakimiyyəti ilə bağlı bir neçə gün öncə Hesablama Palatası araşdırma aparıb. Məlum olub ki, bu qurumda ümumilikdə 99366,2 manat maliyyə yayınması olub və aparılan araşdırmalardan sonra həmin vəsait geri qaytarılıb.
Sabiq Vergilər naziri Fazil Məmmədovla yaxınlıq münasibətlərində olan icra başçılarından biri də Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovdur. Keçmiş nazirlə quda olan X.İsgəndərovun də adı vəzifədən azad edilməsi gözlənilən icra başçıları sırasında çəkilir. 11 aprel seçkilərindən öncə Xaləddin İskəndərovun işdən çıxarılması xəbəri yayılsa da, bu məlumat öz təsdiqini tapmadı. Ancaq mətbuatda ən çox tənqid olunan icra baçılarından olan İskəndərovun da postu ilə vidalaşacağı istisna olunmur.
Yaxın zamanlarda bu məlumatların təsdiqini tapıb-tapmayacağı məlum olacaq.
Heç şübhəsiz istənilən yüksək vəzifəli məmurun vəzifədən azad edilməsi və təyinatı Prezidentin səlahiyyətinə aid olan məsələdir və ən son qərarı da məhz Cənab Prezident İlham Əliyev verəcək.
AZXEBER.COM

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır