SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » “Xocalını anıb sonra xalqı soyurdular” - Eldar Mahmudova ittiham

“Xocalını anıb sonra xalqı soyurdular” - Eldar Mahmudova ittiham

Tarix:

24-02-2017, 13:39

/ 1 700 dəfə oxundu.
“Xocalını anıb sonra xalqı soyurdular” - Eldar Mahmudova ittiham

Millət vəkili Zahid Oruc bu gün Milli Məclisdə Xocalı soyqırımı ilə bağlı çıxışında keçmiş MTN naziri Eldar Mahmudovu da günahlandırıb.

Deputat qeyd edib ki, hüquqi, siyasi, mənəvi sahədə təşkilatlanma dinc vaxtlarda olmalıdır, amma təəssüf ki, biz faciələrdən sonra bunu etmişik: “Biz faciələrdən sonra hüquqşünas, ekspert olmuşuq. Təəssüf ki, belədir. Biz faciələrdən bir çox dərs çıxarmalıyıq. Baxın, Eldar Mahmudovun zamanında Xocalı soyqırımı 26 fevralda MTN əməkdaşları tərəfindən anılırdı. Amma 27 fevralda və ondan sonrakı dövrlərdə MTN əməkdaşları xalqı soymaqla, xalqa qəsd ilə məşğul idi”.

Millət vəkili Qənirə Paşayeva isə çıxışında Şəhidlər Xiyabanında Xocalı abidəsi qoyulmasını təklif edib. O qeyd edib ki, Azərbaycana qonaq gələn rəsmi və ya qeyri-rəsmi nümayəndələr Şəhidlər Xiyabanını ziyarət edir: “Ona görə də orada bir abidə qoyulsa, yaxud ayrıca soyqırımla bağlı muzey ya da informasiya mərkəzi yaradılsa yaxşı olardı.Belə olan halda ölkəmizin həqiqətlərini daha geniş miqyasda tanıda bilərik. Həmçinin biz artıq soyqırımla bağlı bir film çəkib nümayiş etdirməliyik. Yəhudilər “Pianist” filmi öz məruz qaldıqları hadisələri filmin gücüylə dünyaya nümayiş etdirə biliblər”.

Şərhlər

XƏBƏR LENTİ