Uşaq evindən “yük” daşıyan “Prado”nun sahibi bilindi – VİDEO
Səhiyyə Nazirliyi sosial şəbəkədə Bakı Şəhəri Baş Səhiyyə İdarəsinin tabeliyində olan 1 saylı Körpələr Evi ilə bağlı yayılan görüntüyə münasibət bildirib. APA-nın xəbərinə görə, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova bildirib ki, məsələ ilə bağlı araşdırma aparılıb.
“Araşdırma nəticəsində məlum olub ki, video görüntülər təhrif olunmuş şəkildə ictimaiyyətə təqdim olunub. Videoda açıq-aydın görünür ki, körpələr evindən ərzaq deyil, istifadə olunmuş yataq dəstləri yuyulması üçün maşına yüklənilib. Uşaq bezləri isə dəyişdirilməsi üçün körpələr evindən aparılıb”, – deyə S. Əhmədova qeyd edib.
1 saylı Körpələr Evindən uşaqlara məxsus əşyaların maşınlara yüklənərək aparılması ilə bağlı videonu müğənni Rəqsanənin qızı Aysun İsmayılova paylaşmışdı. Həmin videoda körpələr evindən çıxarılan əşyaların ”Toyota-Prado” markalı avtomobilə yüklənməsi yer almışdı. Direktor Nəhayət Əliyeva saytımıza açıqlamasında körpələrin ərzaqının oğurlanmasını təkzib edərək bildirmişdi ki, maşına yüklənən yataq dəstləri yuyulması üçün aparıllırmış.
Bundan sonra A.İsmayılova ikinci videonu yaydı. Həmin videoda isə bezdəyişmə əməliyatı deyil, körpələr evindən selofan paketlərdə nəyinsə harasa daşındığı aydın görünür.
Səhiyyə Nazirliyinin gecikmiş münasibətinin ilk video ilə bağlı olduğu anlaşılır və N.Əliyevanın açıqlamasının sanki təkrarırıdır. Nazirliyin açıqlamasında ikinci videoya toxunulmur.
Onu da bildirək ki, ilk yayılmış videodakı yorğan-döşək yüklənən ”Toyota-Prado” N.Əliyevanın bacısı, qrossmeyster Rauf Məmmədovun anası Vəfa xanıma məxsusdur. N.Əliyeva özü də saytımıza açıqlamasında bunu təsdiq edib. V. Məmmədovın həyat yoldaşı isə prokurorluq sistemində yüksək vəzifə tutmuş Əhməd Məmmədovdur.
Criminal.az

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır