“Xudafərin” MMC-nin vəzifəli şəxslərinin məhkəməsi başladı
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən "Xudafərin" MMC-nin vəzifəli şəxsləri - Ramiz Quluzadə, Nicat Məmmədov, Cavid Qurbanov və Emin Gülin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişlər mülki iddia qaldırdıqlarını bildirib.
Onlar mülki iddialarını məhkəməyə təqdim ediblər.
Zərərçəkmilərdən biri "AMAY Abdulla" kimi tanınan iş adamı Abdulla Abdullayevə qarşı mülki iddia qaldırdığını qeyd edib. Hakim Ə.Hacıyev isə bildirib ki, A.Abdullayev bu cinayət işinə cəlb edilmədiyinə görə məhkəmənin sözügedən iddiaya baxmağa səlahiyyəti çatmır.
Daha sonra zərərçəkmiş Şəlalə Mustafayeva vəsatət qaldıraraq, hüquqi şəxs olan "Xudafərin" MMC-ni də ziyanın qaytarılması üçün cinayət məsuliyyətinə cəlb edilməsini tələb edib.
Bundan başqa, zərərçəkmişlərin bir qismi təqsirləndirilən şəxslərin barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirini həbs qətimkan tədbiri ilə dəyişdirilməsini istəyiblər.
Məhkəmə zərərçəkmişlərin vəsatətini təmin etməyib. Mülki iddialar isə icraata qəbul edilib.
Məhkəmə baxışı mayın 11-nə təyin edilib.
Qeyd edək ki, "Xudafərin" MMC-nin vəzifəli şəxsləri - Ramiz Quluzadə, Nicat Məmmədov, Cavid Qurbanov və Emin Gülə qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunur.
Onların barəsində həbs qətimkan tədbiri seçilməyib.
Xatırladaq ki, "Xudafərin" MMC "AMAY Abdulla" kimi tanınan iş adamı Abdulla Abdullayevə məxsusdur.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır