Mətbuat Şurasının sədri Ombudsmanın 2017-ci il üzrə məruzəsinə irad bildirdi
“Vaxtilə İnformasiya Ombudsmanı yaratmaq istəyirdik. Obyektiv və subyektiv səbəblərdən bunu yaratamaq mümkün olmadı. Bunun yaranmamasının əsas səbəblərindən biri də vahid Ombudsman sisteminin olması idi. Nəyə görə informasiya əldə etmək haqqında məsələlərlə əlaqədar ciddi məşğul olunmur?”
Bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında Azərbaycanda İnsan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 2017-ci il üzrə illik məruzəsi zamanı komitənin üzvü, Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.
Ə.Amaşov məruzəyə iradını bildirib: “Öyrənmək istərdim ki, Ombudsmana informasiya əldə etmək azadlığı ilə bağlı neçə müraciət daxil olub? Bununla bağlı təhlil aparılıbsa, narahatlığın nədən ibarət olduğu açıqlanmalıdır. Məsələn, vicdan azadlığı ilə bağlı 9 müraciət daxil olub. Növbəti fəaliyyət müddətində bu məsələlələrə diqqət ayrılmalıdır”.
Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı Əflatuna Amaşova cavab olaraq deyib ki, Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin ünvanına onlarla informasiya sorğusu daxil olub. O qeyd edib ki, daha çox dövlət qurumları tərəfindən verilməli olan məlumatların verilməməsi, süründürməçiliyə yol verilməsi ilə bağlı məlumatlardır: “Bu məsələdə Ombudsmanın iş göstəricisi çox yüksəkdir. 90 faizdən çox hallarda məsələlərlə müdaxiləmizdən sonra vətəndaşın informasiya əldə etmək hüququ təmin edilir. Bu sahədə işimizi təkmilləşdirməkdən ötrü beynəlxalq təşkilatlarla da əməkdaşlıq edirik”.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır