SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » İlqar Əliyevin ailə üzvlərinə məhkəmədən RƏDD CAVABI - "MTN işi"...

İlqar Əliyevin ailə üzvlərinə məhkəmədən RƏDD CAVABI - "MTN işi"...

Tarix:

20-04-2018, 11:15

/ 1 706 dəfə oxundu.
İlqar Əliyevin ailə üzvlərinə məhkəmədən RƏDD CAVABI - "MTN işi"...

Bakı Apellyasiya Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Antiterror Mərkəzinin rəis müavini olmuş, polkovnik İlqar Əliyevə və ailə üzvlərinə məxsus olan əmlakların geri qaytarılması barədə verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, İ.Əliyevin ailə üzvlərinin apellyasiya şikayəti təmin edilməyib. Məhkəmə əmlakın onun ailə üzvlərinə qaytarılması barədə şikayəti əsassız hesab edib.

Qeyd edək ki, İ.Əliyevin ailə üzvləri Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin barəsində Bakı Hərbi Məhkəməsinin çıxardığı hökmdən narazı qalıblar.

Məhkəmə hökm çıxaran zaman cinayət işində adı keçən İ.Əliyevə və ailə üzvlərinə məxsus mülklərlə bağlı da qərar qəbul edib. Məhkəmə İ.Əliyevin və onun ailə üzvlərinə məxsus, üzərinə həbs qoyulmuş əmlakların müsadirə edilməsi barədə qərar qəbul edib.

Qərarda göstərilib ki, İ.Əliyev və onun ailə üzvlərinə məxsus əmlaklar cinayət yolu ilə əldə edilib.

Xatırladaq ki, İ.Əliyev 2015-ci il oktyabrında həbs edilib. O, həmin il dekabrın 20-də saxlandığı istintaq təcridxanasında intihar edib. Bundan sonra İlqar Əliyevin barəsində olan cinayət işi ayrıca icraata götürülüb, onun işi üzrə istintaq hərəkətləri prokurorluqda davam etdirilib.
İ.Əliyevə məxsus Badamdar qəsəbəsində 12 sot torpaq sahəsi və 2 mərtəbəli villa (798 min manat), Badamdar qəsəbəsində 6 sot torpaq sahəsi (180 min manat), N.Nərimanov prospektində obyekt (418 min manat), Nabranda 6 sot torpaq (12 min manat), Şamaxı rayonu Avaxıl kəndində torpaq sahələri (12 min 400 manat), Mərdəkan qəsəbəsində bağ evi (192 min manat), Ceyranbatan qəsəbəsində 8 sot torpaq sahəsi (21 min manat), Göyçay şəhərində daşınmaz əmlak (114 min manat), Çöyçay rayonu Çərəkə kəndində 2 hektar torpaq sahəsi (7200 manat) olan əmlakaların üzərinə həbs qoyulub.

İ.Əliyevin intihar etməsi ilə bağlı cinayət işinə xitam verilib.

Onu da əlavə edək ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə E.Quliyev 10 il 6 ay, A.Mehdiyev isə 8 il azadlıqdan məhrum edilib. Qərardan narazı qalan məhkumlar apellyasiya şikayəti verib. Bakı Apellyasiya MNəhkəməsi onların apellyasiya şikayətini təmin etməyib.

Şərhlər

XƏBƏR LENTİ