Jurnalisti döyən şəxslə bağlı bankın sədrindən açıqlama: - "Ciddi ölçü götürüləcək"
Xəbər verdiyimiz kimi, aprelin 9-da səhiyyə naziri Oqtay Şirəliyevin işarəsi ilə jurnalist Famil Fərhadoğlunun (İbrahimov) döyülməsi ilə bağlı istintaq işi Yasamal rayon 28-ci polis bölməsindən alınaraq Bakı şəhər Baş Polis İdarəsinə (BŞBPİ) verilib.
Artıq jurnalistə qarşı cinayət hadisəsini törədən şəxslərin də kimliyi müəyyənləşib. Onlar Namiq Əliyev və Riad Paşayevdir.
Araşdırma əsasında müəyyən edilib ki, jurnalist Famil Fərhadoğluna sillə vuran və yumruq ataraq ona hücum edən şəxs Riad Ceyhun oğlu Paşayev "Azərtürkbank”ın Bakı filialının müdiri vəzifəsində çalışır.
Bankın filial müdiri tərəfindən jurnalistin döyülməsini nəzərə alaraq "Bizim Yol" "Azərtürkbank”ın İdarə heyətinin sədri ilə əlaqə saxlayıb. Bankın idarə heyətinin sədri Orxan Hüseynov "Bizim Yol"-a açıqlamasında məsələdən xəbərdar olduğunu, bu barədə tədbir görüləcəyini bildirib.
"Mən də bu barədə məlumatı oxumuşam. Bizim Bakı filialının müdiridir. O həmin vaxtan, hadisə baş verdiyi andan məzuniyyətdədir. Bildiyim qədər bu məsələ ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edilib. Həmim hadisə ilə bağlı bizə rəsmi məlumat daxil olacaq. Bu rəsmi məlumat daxil olan kimi biz bu barədə ciddi tədbir görəcəyik.
"Hazırda bizə rəsmi məlumat daxil olmayıb. Hadisə KİV-də yayılıb. Əgər burda etiraf varsa və bununla bağlı hüquqi prosedur başa çatdıqdan sonra bu barədə ciddi tədbir görüləcək. Bu məsələ şəxsən mənim nəzarətimdədir. Çünki biz istənilən bir şəxsi işə götürdükdə də onlara insanlarla xoş rəftar etmələrini, istər bank daxilində, istərsə də bank xaricində, xüsusən də mətbuat adamlarıyla, jurnalistlərlə ünsiyyət məsələlərinə xüsusi önəm veririk.”
"Dediyim kimi bu məsələ şəxsən mənim nəzarətimdədir. Mən lazimi tapşırıqlar vermişəm. Biz özümüz də bu məsələ ilə bağlı məlumat toplayırıq. İstənilən halda bu barədə ciddi ölçü götürüləcək. Mən bunu bankın idarə heyətinin sədri olaraq rəsmi şəkildə bildirirəm.”

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır