Müşfiq Mədətovu vuranların istintaqı yekunlaşdı
Mərhum prezident Heydər Əliyevin keçmiş mühafizəçisi Müşfiq Mədətova xəsarət yetirməkdə və əməliyyat üzrə rəis müavini, polis zabiti Orxan Axundzadəni güllələyib yaralamaqda təqsirləndirilən dəstə üzvləri - Kazım Abbasov, Məhəmməd İsmayılov və Emin Həsənovun cinayət işi üzrə istintaq yekunlaşıb.
Artıq vəkillər cinayət işinin materialları ilə tanış olurlar. Yaxın günlərdə iş Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək.
Qeyd edək ki, M.Mədətovla dəstə üzvləri arasındakı insidentə səbəb söyüş olub.
Adı çəkilən şəxslər Müşfiq Mədətovla bir məclisdə olublar. Həmin məclisdə onlarla Mədətov arasında münaqişə baş verib. Daha sonra tərəflər görüşmək qərarına gəliblər. Görüş zamanı qarşı tərəf bıçağın tiyəsi ilə Müşfiqin başına 3-4 dəfə zərbə vurub.
Onları saxlamaq üçün gedən polis polkovniki Orxan Abdullazadəyə isə atəş açıb yaralarayaq hadisə yerindən qaçıblar.
Onlar saxlanıldıqdan sonra ifadələrində bildiriblər ki, polisləri Müşfiqin adamları zənn ediblər: “Əgər polis olduqlarını bilsəydik atəş açmazdıq".
Qeyd edək ki, Orxan Axundzadəni güllələyən şəxslərin olduğu 90-LT-997 dövlət nömrə nişanlı “Lexus” markalı maşın "Hafka" ləqəbli Hafiz Məmmədovun ortağı Azad Abdullayevin oğlu Rüfətə məxsusdur. Maşını etibarnamə ilə idarə edən Emin Həsənov isə “Transgeyt” nəqliyyat şirkətinin sabiq prezidenti Elnur Həsənovun qardaşıdır.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır