SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Xaricdəki söyüş makinasının arxasından Abbas Abbasov çıxdı - sensasion iddia

Xaricdəki söyüş makinasının arxasından Abbas Abbasov çıxdı - sensasion iddia

Tarix:

28-03-2018, 09:55

/ 1 274 dəfə oxundu.
Xaricdəki söyüş makinasının arxasından Abbas Abbasov çıxdı - sensasion iddia

Bir neçə müddətdir ki, Avropada məskunlaşmış bir dəstə Azərbaycan hakimiyyəti haqda ən iyrənc formada antitəbliğat aparır. “Virtual terrorçu” adı alan bu dəstənin prezident İlham Əliyevə, onun ailəsinə, həmçinin dövlətin ali rəhbərliyində təmsil olunan digər şəxslərə qarşı yönəlmiş kampaniyasının arxasında hansı qüvvələrin dayandığına dair ən müxtəlif versiyalar səslənir.

Aydındır ki, bu çirkin kampaniya “demokratiya və insan haqları” kimi terminlərlə pərdələnsə də, əsas hədəf Azərbaycanın qaralanması, ləkələnməsi və beynəlxalq aləmdə nüfuzuna zərbə vurulmasıdır.

Cəmiyyətin ən fəal kəsimləri də getdikcə aşkar antimilli xarakter alan “söyüş layihəsinə” öz etirazlarını bildirməkdədirlər. Xüsusilə prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun bu kampaniyaya qarşı dirənişi və səylərindən sonra bu qrupa qarşı güclü ictimai qınaq formalaşıb. İndi cəmiyyəti daha çox maraqlandıran bu “virtual qəhrəmanların” arxasındakı qüvvələrin tezliklə üzə çıxarılmasıdır. Bu işdə də media rəhbərlərinin, o cümlədən “Yeni Müsavat” qəzetinin apardığı araşdırmaları, irəli sürdüyü versiyaları xüsusi qeyd etmək lazım gəlir.

Mətbuat Şurasının İdarə Heyətinin üzvü Müşfiq Ələsgərlinin bu mövzuda yazdığı məqalədə bu “qara əl(lər)in” kimliyi ilə bağlı sensasion iddia var. Məqalənin geniş variantı müsavat.com saytında dərc edildiyi üçün (http://musavat.com/news/soyus-layihesi-nin-arxasinda-duran-istiqlalci-general-kimdir-sensasion-iddia_514736.html http://musavat.com/news/soyus-layihesi-nin-arxasinda-duran-istiqlalci-general-kimdir-sensasion-iddia_514736.html) digər təfərrüatlara varmırıq. Məqalədən həmin sensasion iddianı olduğu kimi təqdim edirik:

“Əldə etdiyimiz və həqiqiliyi artıq şübhə doğurmayan məlumata əsasən deyə bilərik ki, bu prosesin başında duran şəxs 2013-cü il prezident seçkiləri dövründə İlham Əliyevə qarşı yaradılan ”Milyarderlər ittifaqı"nın ideya müəlliflərindən olan baş nazirin keçmiş birinci müavini Abbas Abbasovdur. “İstiqlal” ordeni ilə təltif olunmuş bu şəxsin hazırda Azərbaycana qarşı həyata keçirilən “söyüş layihəsinin” sifarişçisi, maliyyə mənbəyi rolunda çıxış etdiyi və bu cılız və xain projenin “generalı” olduğuna dair faktlar var ortada. Abbasovun özünə yaxın şəxslər vasitəsilə “keçmişlərlə” sıx əlaqə yaratdığı və onların əli ilə prezident İlham Əliyevə, onun ailə üzvlərinə və hakimiyyət komandasının bir sıra nümayəndələrinə qarşı beynəlxalq səviyyədə çirkin kampaniya təşkil etdiyi bildirlir".

Mətbuat Şurası yetkilisi A.Abbasovun keçmişi haqda olan xəbərlərə istinadən yazır ki, sabiq vitse-primyer “xoşuna gəlməyən adamlarla müxtəlif kriminal vasitəsilə haqq-hesab çürüdüb, bu məqsədlə bəzi kriminal dairələrin imkanlarından geniş yararlanıb”. “Görünür, Abbas müəllim belə mürəkkəb piramidalar qurmaqla artıq özündə Sorossayağı bütöv bir dövləti mənəvi terror hədəfinə çevirmək gücü hiss edir” deyə, M.Ələsgərli məqaləsində yazır.

2013-cü il prezident seçkisi öncəsi “Milyarderlər ittifaqı” yaradan və bəzi Azərbaycan əsilli milyonçuları başına toplayan A.Abbasovun yenidən, bu dəfə 2018-ci il seçkisində “zühur edəcəyi” əslində gözlənilən idi. 5 il əvvəl Kremlin dəstəyindən ürəklənərək Azərbaycan hakimiyyətinə qarşı sərt bəyanatlar verən, Bakıda Milli Şura quraraq ən yaxın adamı hesab olunan Rüstəm İbrahimbəyovun müxalifətin namizədi olmasına nail olan Abbas Abbasovun indi özünü bu cür əxlaqsız bir kampaniyada göstərəcəyi də bəlkə də proqnozlaşdırıla bilərdi.

Hakimiyyətlə bütün körpüləri yandıran A.Abbasovun bütün yalvarışlarına baxmayaraq artıq 5 ildir Bakıya gəlməsi yasaq olunub. “AzerRos”da son görəvini-Ağsaqqallar Şurasına sədrliyini bir neçə il əvvəl təhvil verib “siyasətdən çəkilirəm” desə də, elə o zaman da aydın idi ki, A.Abbasov xarakterində olan adam “siyasət meydanından” birdəfəlik çəkiləsi deyil, bu, bəlkə də yeni bir oyun hazırlığı üçün “ehtiyat skamyada” dincəlmək şansıdır.

Amma 2018-ci il seçkisi 5 il əvvəllə müqayisədə ciddi fərqlənir. Çünki A.Abbasov daha Rusiyadakı bəzi qüvvələrin xidməti üçün maraqlı deyil, Kremlin də 2013-də “əli yanıb” və bundan nəticə çıxarıb. Amma belə görünür ki, A.Abbasovun hakimiyyət hərisliyi və intiqam hissi indi onu virtual məkanın “azğın qəhrəmanları” ilə birləşdirib. Onu tanıyanların dediyinə görə, bütün kateqoriyadan olan insanlarla ünsiyyət qurmaqda usta olan A.Abbasov “vinillərlə” də çox asanlıqla anlaşa bilər... İddialar da bunu təsdiqləyir...
“Yeni Müsavat”

Şərhlər

XƏBƏR LENTİ