MSK-dan namizədlərə xoş xəbər
Azərbaycanda aprelin 11-nə təyin edilən prezident seçkiləri ilə bağlı müstəqil media mərkəzi yaradılıb. Bunu Mərkəzi Seçki Komissyasının üzvü Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.
M.Pənahov bildirib ki, müstəqil media mərkəzində hazırlıq işləri başa çatıb və sabah açılışı olacaq. Onun sözlərinə görə, istənilən maraqlı tərəf, prezidentliyə namizəd, onun səlahiyyətli nümayəndəsi media mərkəzində mətbuat konfransları keçirə və mərkəzin digər imkanlarından yararlana bilərlər.
MSK sədri həmçinin KİV-ləri seçkilərlə bağlı prosesləri ətraflı işıqlandırmağa çağırıb: “Seçkilərlə ilə bağlı imza vərəqələrinin yoxlanması ilə bağlı cəmiyyətə az informasiya çatdırılır.
Biz iclasda deməklə olmur. Bunu cəmiyyətə kütləvi informasiya vasitələri çatdırmalıdır”.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır