XalqXəbər.Az

www.XALQXEBER.az » Aktual » Taleh Bağırovla bağlı şikayətə baxıldı

Taleh Bağırovla bağlı şikayətə baxıldı

Taleh Bağırovla bağlı şikayətə baxıldı
1-03-2018, 12:23

"Nardaran hadisələri"nə görə təqsirləndirilən Taleh Bağırov, Fuad Qəhrəmanlı və digər şəxslər barələrindəki apellyasiya qərarından verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb.

Dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma, qanunsuz silah daşıma və digər cinayətlərdə ittiham edilən şəxslər özlərini təqsirli bilməyiblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökm ilə Taleh Bağırov 20 il, Abbas Hüseyn 20 il, Fuad Qəhrəmanlı 10 il, Rasim Cəbrayılov 17 il, Zakir Mustafayev 14 il 6 ay, Cabbar Cabbarov 19 il, Cahad Babakişizadə 14 il 6 ay, Şamil Abduləliyev14 il 6 ay, Aqil İsmayılov 14 il 6 ay, Ramin Yariyev 10 il, Abbas Quliyev 14 il 6 ay, İbrahim Xudaverdiyev 14 il 6 ay, Etibar İsmayılov 14 il 6 ay, Bəhruz Əskərov 14 il 6 ay, Əli Nuriyev, Əlibala Vəliyev, Fərhad Balayev 14 il 6 ay, Abbas Tağızadə 14 il 6 ay azadlıqdan məhrum ediliblər.

Təqsirləndirilən şəxslərin apellyasiya şikayətini Bakı Apellyasiya Məhkəməsinin hakimi Əmir Bayramov təmin etməyib və hökm qüvvədə saxlanılıb.

Qərardan verilən kassasiya şikayətinə Ali Məhkəmənin hakimi Şahin Yusifov sədrliyi ilə baxılıb. Qərara əsasən, şikayət təmin olunmayıb.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.