“Biz iqtidarın siyasi kursunu həmişə dəstəkləmişik” - Habil Vəliyev məhkəmədə ifadə verdi
Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları tərəfindən həbs edilən “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyevin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.
İşə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə baxılıb.
Məhkəmədə elan edilib ki, zərərçəkənlərin və şahidlərin hamısı dindirilib.
Məhkəmə H.Vəliyevə ifadə verməyi təklif edib.
O ifadəsində verilən ittihamları qəbul etmədiyini söyləyib.
"Məni tutanlar da iqtidardı, siz də iqtidarsız, mən də iqtidaram. Mən buna təəssüf edirəm. İş belə oldu. Eybi yox, lakin mən ömrümü bu hakimiyyətin yoluna qoymuşam. Biz iqtidarın siyasi kursunu həmişə dəstəkləmişik. İndi də dəstəkləyirik.
İsitintaq dövründə də, məhkəmə də gördük ki, yazılanların hamısı cəfəngiyyatdır. Heç bir ittiham sübuta yetirilmədi. Ramiz Cəbrayılovla bizim məhkəmə çəkişməmiz olmuşdu və bununla bağlı məhkəmə prosesi keçirilərək qərar verilmişdi. Bir şeyi nəzərinizə çatdırmaq istəyirəm ki, bir cinayətin bir cəzası olur. Mən saxlanılandan sonra Ramiz Cəbrayılovun yenidən şikayət ərizəsi ortaya çıxdı. Amma gəlib məhkəmədə çıxış etdi ki, mənə heç nə verməyib, məni tanımır. Buradan da göründü ki, Ramiz Cəbrayılov mənə şər-böhtan atdı. Onun şikayəti əsasında mənə ittiham verilib. Digər ittihamlar isə əxlaqsızlıq yuvaları ilə bağlıdır. Hamı bilir ki, mən bununla bağlı mübarizə aparmışam. Qəzetimdə həmişə onları ifşa eləmişəm. Müəyyən qurumlara bununla bağlı rəsmi müraciətlər etmişəm. Bunların bağlanması ilə bağlı müəyyən dairələrə sözümü çatdırmışam".
Habil Vəliyev heç bir epizodu qəbul etmədiyi deyib. O, cinayətkar olmadığını söyləyib: "Mən müharibə veteranıyam. Qarabağ Müharibəsi Veteranları Birliyinin Yasamal rayon şöbəsinin sədriyəm".
"Seçki Komisiyyasının üzvü olmuşam. İki deputat, prezident, bələdiyyə seçkiləri keçirmişəm. YAP təşkilat şöbəsində iştirak etmişəm. Özümü bu ölkədə iqtidar saymışam. Rüşvət almamışam. İttihamların heç birinin mənə adiyyatı yoxdur.
Baş redaktor vəkillərin suallarına cavab verərkən bildirib ki, Dövlət Təhlükəsizlik Xidməti çox yaxşı çalışır: "Nə olsun ki, məni həbs ediblər. Lakin çox peşəkardırlar. Mən fəxr edirəm. Onları yox, şikayət verənləri qınamaq lazımdır".
Prosesdə məhkəmə istintaqının başa çatdığı elan edilib. Məhkəmə fevralın 27-də davam etdiriləcək.
Qeyd edək ki, Habil Vəliyev hər zaman dövlət və dövlətçilik üçün çalışıb. Qəzetinin uzun illər fəaliyyəti dövründə hər zaman hazırkı iqtidarın fəaliyyətini yüksək qiymətləndirib.

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var