Salyanın keçmiş icra başçısının qızı ilə bağlı qərar verildi
Ali Məhkəmədə dələduzluqda təqsirləndirilən Nigar Abdullayevanın kassasiya şikayətinə baxılıb.
Hakim Tahir Kərimovun icraatında olan prosesdə apellyasiya instansiyasının qərarı ləğv edilib. Məhkəmə işində bəzi sübutlar yenidən araşdırılması üçün geri qaytarılıb. N.Abdullayevanın işinə Bakı Apellyasiya Məhkəməsində yenidən baxılacaq.
Salyanın keçmiş icra başçısı Seyran Seyranovun qızı olan 1982-ci il təvəllüdlü Nigar Abdullayeva Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham edilir.
N.Abdullayeva 2014-cü ilin sentyabr ayına kimi İqtisadi İnkişaf Nazirliyinin Protokol şöbəsinin rəisi olub. N.Abdullayeva 500 min manat pulu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilib. O, turizm agentliyi qurmaq adı ilə 19 nəfərdən külli miqdarda pul alıb və qaytarmayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Abdullayeva 8 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxladığı üçün qərardan şikayət verilib.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır