Bərdənin Təhsil Şöbəsi qaçırılan müəlliməyə XEYİR-DUA VERDİ: - “Öz razılığı olub”
Bərdə rayonunda gənc müəllimənin zorla qaçırıldığı barədə xəbər yayılıb. Belə ki, Təhsil Nazirliyinin göndərişi ilə rayonun Hacıalılı kənd məktəbində riyaziyyat müəllimi işləyən qız Bərdə sakini Zeynalov Tural İlham oğlu tərəfindən qaçırılıb. Qaçırılan qız Goranboy rayon sakinidir.
Modern.az saytı Bərdə Rayon Təhsil Şöbəsi ilə əlaqə saxlayaraq məsələnin detallarını öyrənməyə çalışıb.
Rayon Təhsil Şöbəsindən aldığımız məlumatda tərəflərin öncədən razılığı qeyd edilib.
“Siz buna necə qaçırılma deyirsiz?! Bunlar ali təhsilli insanlardır. Bunları zorla qaçırmaq olar?! Onlar ailə həyatı qurublar. Özlərinin razılığı olub. Müəllimə xanım Goranboydan gəlib kəndin sakinini sevib və ailə qurublar. İndi ailə quran cütlükdə nə axtarırsız?! Məqsədiniz nədir?! Onu başa düşmürük. Burada pis bir hadisə baş verməyib ki!”.
APA-nın yerli bürosunun yadığı məlumata görə, hadisə ilə bağlı məktəb rəhbərliyi Bərdə rayon Polis Şöbəsinə və qaçırılan qızın ailəsinə məlumat verib. Qızın başqasına nişanlı olduğu, zorla qaçırıldığı bildirilir.

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var