Mirşahin Ağayevin yeni telekanalının adı müəyyənləşdi
Bir müddət əvvəl ANS Şirkətlər Qrupunun vitse-prezidenti, tanınmış telejurnalist Mirşahin Ağayevin yeni telekanal açacağı ilə bağlı xəbər vermişdik
Özəl mənbələrdən əldə etdiyimiz məlumatda bildirilirdi ki, yeni telekanal üçün işçi yığımına start verilib, bir çox keçmiş ANS-çiyə təklif göndərilib.
Həmçinin qeyd edilirdi ki, kanal bir müddət internet üzərindən fəaliyyət göstərəcək. Texniki məsələlər həll olunandan sonra isə peyk yayımına başlayacaq.
Qaynarinfo xəbər verir ki, artıq telekanalın adı da müəyyənləşib. Belə ki, Mirşahin Ağayevin başçılıq edəcəyi kanal "Real TV" adlanacaq. Kanalda ANS-in bir çox tanınmış siması fəaliyyət göstərəcək. "Real TV" xəbəryönümlü kanal olacaq.

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var