Əli Həsənovun nəvəsinə hökm oxundu
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin növbəti məhkəmə iclası keçirilib.
Məhkəmə prosesində işə hakim Əhməd Quliyevin sədrliyi ilə baxılıb.
Məhkəmədə prokuror Nail Allahverdiyevin Cinayət Məcəlləsinin 263.3 və 264-cü maddələri ilə təqsirləndirildiyini bildirib. O deyib ki, şahidlərin ifadəsini nəzərə alaraq hadisə zamanı Nailin ona verilən suallara cavab verməməsi, özündə olmamasına görə 264-cü maddədən imtina edir. Prokuror 263.3-cü maddənin tələblərini nəzərə alaraq, Nail Allahverdiyevə 3 il müddətinə nəqliyyat vasitələrinin idarə edilməməsi və 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasının verilməsini xahiş edib.
Qəza zamanı dünyasını dəyişmiş Mehdi Əliyevin xanımı Ülviyyə Əliyeva da məhkəmədə çıxış edib. O bildirib ki, bu, qəsdən adam öldürmə hadisəsi deyil. Ona görə də Nailə yüngül cəzanın verilməsini xahiş edir.
Zərərçəkmiş Adil Ocaqverdiyev isə çıxışında heç bir şikayəti olmadığını qeyd edib.
"Nailin cəzasının yüngülləşdirilməsini istəyərdim".
Prosesin sonunda Nail Allahverdiyev də çıxış edib:
"Bu gün mən hələ də bilmirəm ki, rəhmətlik Mehdi ürəktutmasından vəfat edib, ya qəza zamanı aldığı xəsarətdən. Möhtərəm hakim, sizdən xahiş edirəm ki, qərar verərkən mənim gənc olmağımı, zərərçəkmişlərə dəymiş ziyanın tam ödənilməsini, zərərçəkmişlərin şikayətlərinin olmamasını və barışığın olduğunu nəzərə alasınız. Bir daha Allah ölən şəxslərin hər birinə rəhmet eləsin, yaxınlarına isə səbr versin".
Məhkəmenin qərarı ilə Nail Allahverdiyevə 2 il müddətinə sürücülük hüqüqundan məhrum edilməklə, 6 il müddətinə azadlıqdan məhrumetmə cəzası kəsilib.

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var