Pulsuz efir vaxtı ləğv olunmayıb
“Seçki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsi parlamentdə müzakirəyə çıxarılıb. 2016-cı il 26 sentyabr tarixli referendum nəticəsində qəbul edilmiş “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktının icrası ilə əlaqədar, eyni zamanda qanunvericilik texnikası baxımından təkmilləşdirmək məqsədilə Seçki Məcəlləsinə dəyişikliklər təklif olunur.
Dəyişikliyə əsasən irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və başqa ictimai birliklərə mənsubiyyətindən və ya digər statusundan asılı olmayaraq Azərbaycan vətəndaşlarının seçmək, seçilmək və referendumda iştirak etmək hüququ var. Seçkilərdə iştirak etmək hüququna malik olan və müvafiq seçki dairəsində daimi yaşayan Azərbaycan vətəndaşları bələdiyyələrə üzv seçilə bilərlər. Konstitusiyasının müvafiq maddəsində nəzərdə tutulmuş hallarda prezidentin səlahiyyətlərinin icra müddəti Konstitusiyada müəyyən edilən müddət başa çatmamış bitərsə, habelə Konstitusiyasının müvafiq maddəsinə əsasən Prezidentin elan etdiyi halda növbədənkənar prezident seçkiləri keçirilir. Konstitusiyanın müvafiq maddəsində nəzərdə tutulmuş hallar növbəti prezident seçkiləri təyin edildikdən sonra baş verərsə, növbəti seçkilər dayandırılır və növbədənkənar prezident seçkiləri təyin edilir.
Layihəni təqdim edən deputat Əli Məsimli qeyd edib ki, deputatın etik davranış qaydalarının kobud pozulması ilə bağlı müvafiq qurumun, yəni komissiyanın qərarı mövcuddursa bundan sonra MSK-nın bu faktları araşdırması ciddi görünmür: “ Əgər parlamentin ixtisaslaşmış İntizam Komissiyası bunu edibsə MSK-nın araşdırması düzgün olmazdı.
MSK-nın qərarı rəsmi orqanda dərc edildiyi gündən 10 gün müddərində şəxs apellyasiya məhkəməsinə müraciət edə bilər. Ancaq qanunla MSK-nın bu gün də pozuntu olduğu halda deputatı manadatdan məhrum edə bilmə səlahiyyəti var”.
O həmçinin qeyd edib ki, pulsuz efir vaxtının ləğv olunması ilə bağlı əsassız məlumat ayrılmışdı: “ Belə bir məsələ yoxdur. Bu gün çəkilən xərclər dövlət büdcəsindən ödənilir”.

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var