SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » İki keçmiş nazirin voleybol erası bitdi: oliqarxların klubları bağlanır

İki keçmiş nazirin voleybol erası bitdi: oliqarxların klubları bağlanır

Tarix:

16-02-2017, 00:39

/ 1 682 dəfə oxundu.
İki keçmiş nazirin voleybol erası bitdi: oliqarxların klubları bağlanır

Keçmiş nəqliyyat naziri Ziya Məmmədov və sabiq rabitə naziri Əli Abbasovun voleybol erası da bitdi. Məlumata görə, iki sabiq nazirin voleybol klubları çökür

Maliyyə problemləri yaranan voleybol komandaları nazirlərin istefaya göndərilməsindən sonra fəaliyyətini dayandırmaq üzrədir.

Təsadüfə bax ki, hər iki nazir vəzifəsini itirəndən sonra iki nazirlik bir strukturda birləşdirilib. Bundan sonra oliqarx-nazirlərin himayəsində olan voleybol klublarının qara günləri başlanıb.

Ziya Məmmədovun (“Azərreyl”, “Azəryol”, “Lokomotiv”), ikisi isə Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasovun (“Rabitə” və “Telekom VK”) himayəsində idi.

Yalnız “İqtisadçı”ya Azərbaycan Dövlət İqtisad Universitetinin sabiq rektoru, deputat Şəmsəddin Hacıyev sponsorluq edirdi. Bu klub da dağıldı.
Artıq qadın voleybolçulardan ibarət “Azəryol” voleybol klubu aprelin 1-dən fəaliyyətini rəsmən dayandıracaq.

Səbəb hazırda Azərbaycan Həndbol Federasiyasına rəhbərlik edən “Azəravtoyol” ASC-nin prezidenti Saleh Məmmədovun klubu maliyyələşdirməkdən imtinasıdır.
O, hələ 2016-cı il dekabrın 1-də federasiya rəhbəri seçildikdən sonra voleybola diqqət ayıra bilməyəcəyini açıqlayıb. Azərbaycan Voleybol Federasiyası “Azəryol”un mövsümü başa vurması üçün komandanın maliyyələşməsini öz üzərinə götürüb.

Azərbaycan Super Liqasına martın sonlarında yekun vurulacaq. Məhz həmin vaxtadək klubun voleybolçuları və texniki işçilərinə maaşlar ödəniləcək. Kollektivin sonrakı aqibəti isə bilinmir. Qeyd edək ki, hazırda “Azəryol” Super Liqada 11 oyundan 16 xalla 3-cü pillədə qərarlaşıb.

Məlumata görə, eyni aqibət “Rabitə” və “Telekom” klublarını da gözləyir. Bu komandaların arxasından çəkilən oliqarx-nazirlər indi öz hayındadır.
Onların maliyyəsinin dayanması faktiki olaraq çöküşü deməkdir. Çünki elə Ziya Məmmədovun vəzifədən gedişindən iki gün sonra “Azəryol” fəaliyyətini dayandırır. Eks-nazirin voleybol federasiyasından getməsi və yerin Cavid Qurbanovun gəlməsi də heç nəyi dəyişmədi.

Xatırladaq ki, eks-nazir oğlu Anar Məmmədovun rəhbərlik etdiyi Azərbaycan-Amerika Alyansı da bugünlərdə fəaliyyətini dayandırıb. Alyansın Vaşinqtondakı mərkəzi ofisini bağlayaraq bunu “maddi vəziyyətlərinin ağır olması” ilə əlaqələndiriblər.

Keçmiş nazirin hakimiyyətin “qara siyahısında” olan Abbas Abbasovla dostluğundan tutmuş, Rusiya prezidenti Vladimir Putinə “yol axtarmağa” qədər versiyalar ortaya atılıb.

Hətta onun Amerika prezidentliyinə namizədliyi irəli sürülən Donald Trumbla hansısa gizli sövdələşmələrinədək versiyalar səslənib. Əli Abbasovun isə hansı səbəblərə görə işini itirdiyi məlum məsələdir.

Şərhlər

XƏBƏR LENTİ