SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Ramiz Mehdiyevin töhməti dərs olmadı: Suraxanı başçısı “İslam ili”ndə məscid sökür

Ramiz Mehdiyevin töhməti dərs olmadı: Suraxanı başçısı “İslam ili”ndə məscid sökür

Tarix:

4-02-2017, 21:30

/ 2 670 dəfə oxundu.
Ramiz Mehdiyevin töhməti dərs olmadı: Suraxanı başçısı “İslam ili”ndə məscid sökür

Dekabrın 26-da Prezident Administrasiyası rəhbəri Ramiz Mehdiyevin müşavirə keçirdiyi və icra hakimlərini danladığı xəbəri yayılmışdı

PA rəhbərinin Suraxanı rayon icra hakimini ayağa qaldırıb danladığı və məmurlara rüşvətə son qoymağı tələb etdiyi deyilirdi.

Məlumata görə, Suraxanı rayon icra başçısı İlqar Abbasovun danlanması da ona dərs olmayıb.

İcra hakimi indi də Bakının Yeni Günəşli qəsəbəsində yerləşən “Fatimeyi Zəhra” məscidini sökdürmək istəyir.

Hansısa məmur məscidin ərazisinin bir hissəsini almaq və orada tikinti aparmaq niyyətindədir. Suraxanı rayon rəhbərliyi də qanunsuzluğa imza atır.

Bakı şəhər İcra Hakimiyyətinin 1179 saylı, 21 avqust 1996-cı il tarixli sərəncamı ilə Bakı şəhərinin Yeni Günəşli qəsəbəsində “Fatimeyi Zəhra” məscidi dindarlarının dini icmasına 1,3 ha torpaq sahəsi ayrılaraq məscid-mədrəsə komleksinin tikintisinə icazə verilib.

Həmin ərazi məscidin daimi istifadəsinə verildiyindən hasara alınıb və məscid inşa edilib, lakin onun tam olaraq tikintisinə imkan verilməyib.

Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun 31 oktyabr 2002-ci il tarixli sərəncamı ilə əvvəlki - 1179 saylı, 21 avqust 1996-cı il tarixli sərəncam etibarsız hesab edilib.

Bundan sonra məscidi qeyri-legitim hesab edən Suraxanı rayon İcra Hakimiyyəti məscidə qarşı dava açaraq, məhkəmədən torpağın qaytarılmasını, məscidin sökülməsini xahiş edib.

Məlumata görə, “İslam Həmrəyliyi İli” elan olunsa da, icra hakimiyyəti məscidə qarşı dava açıb. İ.Abbasov məhkəmədən ibadət evinin sökülməsini xahiş edib, ərazini hansısa rüşvətxor məmura satmaq, varlanmaq fikrindədir.

Allahın evi ilə mübarizə aparan icra başçısının bu əməlinə nə ad vermək lazım olduğunu da bilmək olmur. Hər halda dünyanın heç bir yerində belə bir hal olmayıb. Hətta sovet dövründə belə məscidi söküb məmura satmaq istəməyiblər.

Bildirək ki, dini icma qarşılıqlı iddia qaldıraraq, Bakı şəhər İcra Hakimiyyətinin başçısının 31 oktyabr 2002-ci il tarixli sərəncamının ləğv edilməsini və qanunazidd hərəkətlərin dayandırılmasını xahiş edib.

Həmin dövrdə dindarların hüquqlarını vəkil Aslan İsmayılov müdafiə edib. Cəmiyyətin bütün təbəqələrinin sərt təpkisinə baxmayaraq 2 saylı Bakı Yerli İqtisad Məhkəməsi, Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə torpaq sahəsinin geri alınaraq məscidin sökülməsinə qərar verib.

Yalnız ölkə Prezidenti İlham Əliyevin müdaxiləsi nəticəsində bu qanunsuzluqlara son qoyulub. Həmin torpaq sahəsində inşa edilmiş məscid komleksi Qafqaz Müsalmanlan İdarəsinin balansına verilib.

Qətnamə qanuni qüvvəsini alıb və 6 il keçməsinə baxmayaraq məscid natamam olaraq qalıb. Buna baxmarayaq məsciddə ibadətlər edilib və möminlər həmişə nümünəvi olaraq davranıblar.

Amma məscidin ərazisinin yenidən alınması çox pis haldır. Məsələ ilə bağlı Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov açıqlamasında məsələnin araşdırılacağını deyib.

Ölkə rəhbərliyinin icra başçılarına xəbərdarlıq etməsi və özlərini yığışdırması haqda yazdıqlarımız təsdiqlənir

Verilən məlumata görə, rayonların idarəetmə mexanizmində ciddi dəyişikliklər gözlənilir. İlqar Abbasovun başı xeyli vaxtdır dərddədir.Onun bir neçə ay qabaq qeyri-rəsmi məclislərin birində söylədiyi sözə görə postunu itirmək təhlükəsi sovuşmayıb.

İcra başçısının dedikləri yuxarı dairələrdə qəzəblə qarşılanıb. Yada salaq ki, İ.Abbasov həmkarlarından birinin nəvəsinin ad günü məclisində iştirak edib.

Orada mətbuatın məmurlardan yazmasından şikayətlənərək "Guya ölkə rəhbərliyi bilmir ki, biz nə edirik” deməsi mediaya sızıb və ajiotaj doğurub. Bundan sonra Suraxanı rayon rəhbərinin başı üzərində qara buludlar dolaşmaqdadır.

Mənbənin qeydlərinə görə, İ.Abbasov həmkarlarına təsəlli verərək mətbuatın yazdıqlarına əhəmiyyət verməməyə çağırmışdı.

İ.Abbasov bunları demişdi: “Qoy nə yazırlar, yazsınlar. Onsuz da hamı hər şeyi bilir. Yazırlar ki, sökürük, uçurduruq, dağıdırıq, torpaq satırıq, rüşvət alırıq, korrupsiya ilə məşğuluq. Guya ölkə rəhbərliyi bilmir ki, biz nə işlə məşğuluq?”.

Şərhlər

XƏBƏR LENTİ